
(Diqqət! Filmi izləməyənlər üçün; yazıda Spoilerlər ola bilər.)
Rejissor Darren Aronofsky tərəfindən çəkilən "Requiem for a Dream" bir nəsilə aid film olmaqla bərabər, həm də fəlsəfi filmdir. Eynilə "Trainspotting" kimi. Həqiqətən də filmin mövzusu gənclərin mərkəzindədir: media, narkotik, seks. Ancaq, bunun xaricində, "Requiem for a Dream" asılılıq, yadlaşma və insanın özünə məxsus olması barəsində düşünmədir. Vizual və estetik cəhətdən Aronofsky ehtiyacın aktuallığını və istehlak vəsvəsəsini təcəssüm etdirir. Baş verəcək hadisələrin daimi ayaq səsləri, tamaşaçıya gizli şəkildə meydan oxuyan musiqi və fantastika, cəzaların və itkilərin əvvəlində və sonunda təəccüblü bir sürətlə hiss etməyimizi hədəfləyir. İfratçılığı ifrat şəkildə pisləyir. Təsvir, simvolların personajların ağlının əks olunması kimi sıx bir forma alır.
Xülasə
Diqqət edək ki, hər bir xarakterin asılılığı var:
-Baş qəhrəmanın anası (Sarah Goldfarb): dul, qoca və ona gənc qalmasını əmr edən televizora bağlıdır (“qırmızı ət, şəkər olmaz” şəklində şərtsiz əmrlər verirlər.) Günlərini pəhriz proqramlarını izləməyə sərf edir. Bununla birlikdə, həkim ona asılılıq yaradan iştah yatırıcıları (amfetamin) təyin etmişdi. Məqsədi isə itirdiyi gəncliyin və xoşbəxtliyin simvolu olan gəlinlik paltarını geyinməyi bacarmaqdır. Daim televiziya proqramı haqqında düşünür və nəticədə proqram onun daxili aləmini əks etdirir. Hətta proqramdakı personajlar salonda görünür və bir növ otağı işğal edirlər. Aronofsky, burada reallığa şüurun verdiyi istinad nöqtəsini itirdiyini göstərməyə çalışır. Əlbəttə ki, sistem işləyir, amma, dərmanlar xarakterin reallıqla bütün əlaqələrinin itirilməsinə səbəb olur. Və Saranın sonu olduqca kədərli olur: o, ruhi xəstəxanaya yerləşdiriləcək və frontal lobotomiya (1) müalicəsindən keçəcək, yəni beyindəki frontal lobun üçdə biri kəsilir.
-Harold Qoldfarb (Jared Leto): Harold universitetin məzunudur, ancaq, dostu Tyrone və sevgilisi Marion ilə narkotikdən istifadə edir. Narkotik əvvəlcə reallıqdan şirin bir qaçış, bir oyun olaraq təqdim olunur. Sonra işin ticarət tərəfi ilə qarşılaşanda Harold və Tyrone birlikdə heroin satmağı planlaşdırır. Beləliklə, narkotik satıcılarının vəhşi və qəddar dünyasını kəşf edirlər. Ancaq, Harold qolunun qanqren olmasına səbəb olacaq qədər asılığı var. Nəhayət. narkotikin gücünün yaratdığı əxlaqi uçurumun simvolu olaraq qolu kəsilir.
- Marion: Sənətkar ruhlu qadın olan Marion, narkomaniya ilə vəziyyəti kritikləşir. Nəhayət, Marion narkotik əldə etmək üçün fahişəliyə başlayır. Marionun vasitəsilə narkotikin yaradıcılığa mane olması anladılmağa cəhd edilir.
- Tyrone: Tyronenin həssaslığını anasının himayəsində olduğu dinc uşaqlıq xatirələrini canlandırmaqla qəbul edirik. Narkotikdən asılılıq onun irqçilik və yalnızlıqla qarşılaşacağı həbsxanaya getməsinə səbəb olur. Ancaq həbsxana müalicə deməkdir və müalicə daha ümidli bir gələcək deməkdir.
"Requiem for a Dream" xoşbəxtliyin qısa bir şey olduğunu, xəyallarının puç olduğu cəmiyyəti təsvir edir. Ən pisi odur ki, tədricən tükənən və məhv edən bu qısa xoşbəxtlik onları ələ keçirir. Yaşadıqları təkamül tamamilə reqressivdir, yəni, vəziyyətləri yalnız pisləşir.
Filmin afişası da çox maraqlıdır: simvolik baxımdan gözlər həmişə ruhun aynası hesab olunur. Afişadakı göz, ehtimal ki, Harry Goldfarba aiddir. İrisin yaxınında iki önəmli nöqtə var. Bir tərəfdə bərəlmiş qara göz bəbəyi diqqət çəkir. Digər tərəfdən, irisdəki (2) kiçik əksə diqqətlə baxsaq, xəyalın mükəmməlliyini oyadan və hətta xəyaldan kənarda görünən buludlu, cazibədar səma görürük. Siyah göz bəbəyi bu mənzərənin qabağını kəsən ünsürdür. Falsifikasiya edilmiş qavrayışı simvolizə edən bərəlmiş qara göz bəbəyi və əks olunan səma arasındakı ziddiyyət, xəyal və gerçəkliyin qarışıq olduğu hissini oyadır, reallıq qavrayışı ilə simulyasiya arasındakı qarışıqlığı göstərir. Personajların hamısı bir narkotikin və ya əşyanın müdaxiləsi ilə gerçəkliyi yaşayır. Dünya görüşləri falsifikasiya edilir.
Simvolik olaraq filmin son dəqiqələridə emosional perspektiv yaradır. Hər personaj yataqda və ya divanda yuxu və yuxuya işarə edən bir vəziyyətdə, döl mövqesində uzanarkən, quşbaxışı bucaqla göstəriləcəklər.
Nəticə.
"Requiem for a Dream"in narkotiklə bağlı deyil, asılılıq və müasirlik haqqında bir film olduğu aydındır. Cəmiyyətin cəzası bəllidir: insanlar təkdirlər, istinad nöqtələrini itirirlər, doğru ilə yanlışı ayırd edə bilmirlər. Aronofsky'nin dediyinə görə, dünyamız Dionissayağıdır və yadlaşdırıcıdır.
Tərcüməçidən: Məqaləni oxuyarkən “Requiem for a Dream” fon musiqisini dinləməyi tövsiyyə edirəm.
1) Frontol lob -Frontal loblar, beynimizi meydana gətirən bir çox şeyi idarə etmək üçün düşünülmüş olan beynin bölgələridir. Əslində, bu bölgə digər heyvanlara nisbətən insanlarda daha böyükdür.
2)İris - nazik və kontraktil membrandan ibarət olan, şəffaf təbəqə və göz qapağı arasında yerləşən və gözə rəng verən təbəqə.
Tərcümə edən və hazırlayan: Kamran Əliyev
Orijinal mənbə:
https://dusunbil.com/requiem-for-a-dream-ve-bagimlilik-problemi/
Musiqini bəyənənlər eyni kompozitorun "The Fountain" filmini də bəyənənəcəklər.
ReplyDelete