XX əsrdə Qərbin ictimai fikir tarixində froydizm xüsusi yer tutur. Avstriyalı psixoloq və filosof Ziqmund Froydun (1856-1939) və onun davamçılarının, ən əvvəl Karl Qustav Yunqun və Erix Frommun ideyalarının təsiri Qərb cəmiyyətinin mənəvi həyatının demək olar ki, bütün sahələrini əhatə edir (fəlsəfə, din, əxlaq, incəsənət).
Froydun təlimi "Psixoanaliz" adlanır. Psixoanalizin o dövrdə hökmranlıq edən psixika haqqındakı fəlsəfi konsepsiyalardan prinsipcə fərqini xarakterizə edən Froyd göstərirdi ki, bu konsepsiyaların əsas nöqsanı psixikanın şüur ilə eyniləşdirilməsi idi.
Özünün əsas ideyalarını Froyd "Mən və O", Totem və Tabu", "Yuxunun yozumu", "Adi həyatın psixopatologiyası" və b. əsərlərində şərh edir.
Froyda görə, insan şüuru, 3 səviyyədən ibarətdir:
Fövqəlşüur ("Məndən üstün - Supereqo" - ədəb qaydaları, valideyn yasağı, əxlaq senzurası);
Şüur ("Mən-Eqo");
Şüursuzluq ("O"-İbid" (ID)- instinktlərin, çatışmazlıq kompleksinin, sıxışdırlıb çıxarılan həyəcanların və s. məcmusu); burada ən əhəmiyyətli tərəf cinsi instinkt və təcavüz instinkti hesab olunur. "O" - həm şəxsi şüursuzluq (yəni sıxışdırılıb çıxarılan elə həyəcanlar, duyğulardır ki, insan onlarla öz həyatında daim qarşılaşır), həm də heyvani və ibtidai vəziyyətimizdən bizə miras qalan komplekslərdir. Bizim "Mən" isə, sanki, ülgücün kəsən tərəfi üzərində "Məndən üstün" ilə "O" arasında müvazinət saxlayır. Ona yuxarıdan cəmiyyətin tələbləri (əxlaq, hər cür məhdudiyyətlər), aşağıdan isə özünün kompleksləri və instinktləri təzyiq göstərir. Kompleks və instinktləri əzmək və tamamilə "Məndən üstünə" tabe etmək olmaz, çünki bu, bir qayda olaraq, nevroz yaradır, hətta psixikanın pozulmasına gətirib çıxarır. Onları özbaşına buraxmaq da olmaz (bütünlüklə və bilavasitə özünün, məsələn, seksual fantaziyasını və ya təcavüzkar meyllərini təmin etmək), çünki cəmiyyət buna dözməz. Başqa sözlə, Froyda görə, insan davranışının həlledici faktoru nəticə etibarilə şüur deyil, şüurdan kənarda olan şüursuzluq sferasıdır. O, yazırdı: "Bütün ruhi hadisələr mahiyyətcə qeyri-şüurudur". Son nəticədə insan davranışının təşkilində instinktlər əsas rol oynayır.
Beləliklə, şüuruzluq hər şeydən əvvəl seksual instinktlərdən, özünün tam dəyərə malik olmamaq hissiyatını kompensasiya etmək üçün başqalarından üstün olmaq instinktdən ibarətdir. Şüursuzluq cəmiyyətdə həm yaradıcı, həm də dağıdıcı meyllərin qaynağı ola bilər.
Froydun instinkt haqqında mücərrəd nəzəriyyəsi insan davranışının özünəməxsus bölünməz bioloji və psixi stereotipi kimi anlaşılmasına və şərh edilməsinə əsaslanır. Onun fikrincə insan həyatının formalaşmasında iki ümumi kosmik instinktin olduqca böyük rolu var: Eros (seksual instinkt, həyat instinkti, özünüqoruma instinkti) və Tanatos (ölüm instinkti, təcavüz instinkti, destruksiya instinkti, dağıtmaq instinkti). İnsanın həyat fəaliyyətini bu iki daimi qüvvənin mübarizəsinin nəticəsi kimi təsəvvür edən Freyd hesab edirdi ki, bu instinktlər tərəqqinin əsas hərəkətverici qüvvəsidir. Froyda görə Eros və Tanatosun vəhdəti və mübarizəsi fərd varlığının yalnız sonluğunu deyil, həm də müxtəlif sosial qrupların, xalqların və dövlətlərin fəaliyyətini əhəmiyyətli dərəcədə müəyyənləşdirir.
Tabu (yasaq, qadağay) adətləri ilə insanı daim izləyən, ondan əl çəkməyən nevroz arasındakı qarşılıqlı münasibəti araşdıran Froyd yazırdı: "Yekunlaşdıraq ki, hansı nöqtələrdə tabu adətləri ilə zəhlətökmə nevrozları arasındakı oxşarlıq daha parlaq ifadə olunur: 1) yasaqların əsaslandırılmasında; 2) daxili məcburiyyətlə onların təsdiq edilməsində; 3) onların irəliləmə qabiliyyətində və qadağa olunandan yoluxma qorxusunda; 4) onların mərasim hadisələrinin səbəbi olmasında və qadağadan doğan dini tələblərdə". Froyd öz fikrini belə ümumuləşdirir: "Çətin anlaşılsa da, biz bilirik ki, qadağa olunan işi görən, tabunu pozan hər kəs özü tabu olur. Pozmayanda isə nevroz başlayır".
Froyd nevrozun mahiyyətini açmağa cəhd göstərir: "...Seksual həvəsin sosial marağa üstün gəlməsi nevrozun xarakter momentidir. Nevrozun assosial təbiəti genetik olaraq onun ilk niyyətindən - arzuya çatdırmayan reallıqdan fantaziyanın daha xoş dünyasına meyldən doğur. Nevrotikin qaçdığı real dünyada insan cəmiyyəti və onun yaratdığı təşkilatlar hökmranlıq edir; reallıqdan qaçmaq eyni zamanda insan birliyindən çıxmaqdır".
Froydun davamçılarından biri olan Karl Yunq (1875-1961) əsasən "şəxsi" şüursuzluq ilə iş aparan Freyddən fərqli olaraq, özünün dediyinə görə, şüursuzluğun fərddən kənar, qəbilə və yaxud kollektiv qatına rast gəldi. O, özünün psixiatrik praktikası gedişində poetik əsərlərdə, dəlilərin sayıqlamasında, şaman ayinlərində, dərin yuxuda və s. tamamilə eyni mətnləri və ya gözəgörünmələri üzə çıxarmışdı. Bu vəziyyət onda belə bir fikir yaratdı ki, şəxsi şüursuzluq səviyyəsindən aşağıda insan şüurunun formalaşdığı uzaq keçmişdə yaranmış psixikanın daha qədim, daha arxaik qatları yerləşir.
K. Yunq deyirdi: "Bir çox sənət adamları, filosoflar və hətta alimlər özlərinin ən yaxşı ideyaları üçün qəflətən şüursuzluqdan meydana gələn ilhama borcludurlar. Belə materialın zəngin qaynağına çatmaq qabiliyyəti və onu effektli şəkildə fəlsəfəyə, ədəbiyyata, musiqiyə və ya başqa tapıntıya keçirmək dahi adlandırılan xüsusiyyətlərindən biridir".
Neofreydizm müasir fəlsəfə və psixologiyada müstəqil cərəyan kimi daha çox ABŞ-da yayılıb. Bu cərəyanın təmsilçiləri Froydun psixoanaliz təlimini Amerikanın sosial-siyasi nəzəriyyələri ilə birləşdirməyə cəhd edirlər. Karen Horni, Harri Salliven, Erix Fromm və b. neofroydizmin məşhur təmsilçiləridir. Burada isə onlardan daha çox tanınan Fromm haqqında məlumat veriləcək.
E. Frommun (1900-80) əsərlərində Froydun psixoanalizinin "inqilabi" şərhi, insan təbiətinin islaholunmaz əlaməti kimi təcavüz nəzəriyyəsi, başlanğıc qüvvə kimi instinkti həddən artıq tərifləmək və onu hər cür təzyiqdən azad etmək öz əksini tapır.
Fromm göstərirdi ki, insan üçün büd, səcdəgah (idol) yabançılaşmış şəkildə onun özünün həyati qüvvəsini təsvir edir. Lakin sənayeləşmiş cəmiyyətdə yaşayan bizim müasirlərimizdə büdpərəstliyin forma və dərəcələri dəyişmişdir. İnsan özünün həyatını idarə edən kortəbii iqtiadi qüvvələrin obyekti olubdur. O, öz əli ilə yaratdığı şeylərə baş əyir və özünü də əşyaya çevirir.
Formm hesab edirdi ki, insanın tələbatını sosial struktur formalaşdırmır, özünün antropoloji əsası onun mövcudluq üsulunu müəyyənləşdirir. Fromm yazmışdır: "Sosial xarakterli anlayış ictimai prosesləri başa düşmək üçün əsasdır. Xarakter - analitik sosiologiyanın dinamik mənasında - müəyyən cəmiyyətdə insan tələbatının müəyyən həyat tərzinə uyğunlaşması prosesində meydana gələn insan enerjisinin spesifik formasıdır. Xarakter - fərdin fikrini, hissiyatını və hərəkətini müəyyənləşdirir".
"Azadlıqdan qaçış" kitabında Fromm praktiki olaraq bütün ölkələrin tarixində baş vermiş paradoksal bir hadisəni tədqiq edir: xalq könüllü olaraq aldığı azadlıqdan imtina edir və əvvəlkindən daha pis vəziyyətə düşür. Almaniyanım Veymar respublikasından faşizmə keçməsi Frommun belə fikrə gəlməsinə böyük təkan verdi.
İstifadə edilmiş mənbə:

Yusif Rüstəmov "Fəlsəfə tarixində fəlsəfə" kitabı.
Dokkuz muzalar, güllü-çiçəkli şəffaf bulaqlı çəmənli meşədə-cənnətdə yaşayan dokkuz hurilər, hədsiz orqazmlar yaşayan doqquz bakirə qızlar- ilham pəriləri (libido), qədim (indi də əlçatmayan zirvədə olmaqda davam edən) yunan-ellinizm mədəniyyətini incə lirizmlə (lira-simli muziki aləti) yaratdılar... Rəvayətə görə muzalar yalnız dahilər dahisi yunan-ellinizm rəssamlarına ilham ərməğanı verməmişlər... Rafael Santi (libido?) ellinizmin zərifliyini duyub-anlayaraq "Dokkuz Muzalar..." tablosunu, və neçə-neçə ölməz şedevr tablolarını (orqazmsız?) yaratdı... Net olarak, Tanrı (cildi) Insandır, Insan Tanrıdı?.. Hoşca kalın. Görüşürüz. Mütləka
ReplyDelete