Avatar - Hind mifologiyasında tanrıların yer üzünə endikləri zaman büründükləri simalardır.
Balarama, Sri, Varaha kimi adları olan avatarlar bir çox hekayələrə mövzu mənbəyi olmuşdur. Avatar sankristcədən "ava: aşağı" və "tar: eniş" anlamına gələn ifadələrin birləşməsindən ibarət olaraq "bilgi" mənasına gələn Veda'nın səmadan yer üzünə; hava, od, su və torpağdan olana enməsi və ona daxil olması kimi mənalandırılır.
Avatar inancı eradan əvvəl 1500-1000-ci illər aralığında yazıya alınan Vedalara (Hind dini mətnlərin yer aldığı müqəddəs kitab) əsaslanmaqdadır. Avatar hər hansı br canlı ola biləcəyi kimi, cansız nəsnələr də ola bilər. Daş, bitki və ya ağaclar da ola avatarlaşa bilər. Hindu inancına görə, bir çox sayda avatar mövcuddur. İsvara'nın yaradıcı formasına Brahma, qoruyucu formasına Vişnu və məhvedici formasına Şiva adı verilməkdədir. Ənənəvi hindu inancında qəbul edilən baxışa görə, Vişnu yer üzünə ümumilikdə 10 dəfə avatarlaşaraq enəcək. Bunlardan 9-u artıq həyata keçmiş, sonuncu avatar bədəni olacaq Kalkin isə hələlik gəlməmişdir.
Vişnunun yer üzərindəki 10 avatarı bunlardır: Matsiya, Kurma, Varaha, Vamana, Krişna, Budda, Parşurama, Naraşima, Rama Naraşima, Kali Kalkin Kalkin.
Adı keçən avatarların xüsusiyyətlərinə ayrılıqda nəzər salaq:
1. Matsiya (Balıq): Vişnu yaradılış öncəsində insan olan Manu'nun əlinə bir balıq olaraq gələr. Bu balıq ona suların yüksələcəyini, bu baş vermədən əvvəl bir gəmi hazırlanmasını, yer üzərindəki bütün canlılardan bir cütünü bu gəmiyə yükləməsini öyrədər. Dalğalarla vuruşan gəmini boynuna bağlamış bir iplə dartaraq qurtulmasını təmin edər.
2. Kurma (Qurbağa): Tufan əsnasında sulara qərq olmuş canlı aləmi (yer üzünü) su üzərinə çıxardar və səfər zamanı gəmini batırmaq istəyən ifritələrdən qoruyar
3. Varaha (Vəhşi donuz): Qurbağanın su üzərinə çıxardığı canlı aləmi dişləri ilə qaldıraraq yüksəlməsini təmin edər. Beləcə, insanlar yüksələn sahilə çıxar.
4. Naraşima: Yarı aslan, yarı tanrıdır. Zalım kralı parçalayar
5. Vamana (Cücə): Vişnu bu dəfə cücə cildinə girərək şetyan kral Bali'ni aldadar.
6. Parşu Rama (Baltalı Rama): Mərhəmətsiz və qantökən xarakterdə təsvir edilmişdir. Atasının istəyi ilə vəfasızlıq edən anasını öldürür
7. Rama Naraşima: Ən önəmli iki avatardan biridir. Rama'nın həyat yoldaşı, sevgi fəzilətinin örnəyi olaraq açıqlanan Sita'nın ağlından keçənləri və qadın-kişi sədaqəti ilə mənəvi kamilliyi təcəssüm etdirər.
8. Krişna: Matahura şəhərinin pis niyyətli kralı Kansa'ya qarşı döyüşmək üçün gələrək onu məğlubiyyətə uğradar. Hər kəsin Veda'nı, yəni bilgini qavraya bilməyəcəyindən bəhs edər. İblisin oğlu olaraq adlandırılan Devaki'nin oğludur. Devaki şeytan kral Kansa'nın əkiz qardaşıdır. Kansa, qardaşı uşaqlarından biri tərəfindən öldürüləcəyi xəbərdarlığı səbəbilə, qardaşı uşaqlarından bir çoxunu öldürür. Ancaq sonda Krişna da Kansa'nı öldürür. "Krişna" sözü sankristcə "qara" mənasına gəldiyindən, Krişna rəsmlərdə qaraya yaxın tünd göy (lacivərd) rənglə təsvir olunar.
9. Budda (Buddha, Balarama): Budda "oyanmaq, qavramaq; aydınlanlaq" mənası daşıyar. Kamilləşmiş biridir. "San Yak San Buddha" - "Tam oyanmış" deməkdir. "Pratya Budda" özlüyündə oyanan və bunu açıqlamadan çevrəsini yaxşılaşdıran insandır.
10. Kali Kalkin: Sonuncu avatar. Vişnu hələ ki bu forma enməyib. İçində mövcud olacağı çağ ən son və ən pis çağ olan Kali çağıdır. Şiva - hər komsik zamanın sonunda kainatı yox edən və avatarı tapılmayan bir gücdür. Sonuncu avatar olan Kali Kalkin gəldiyi zaman Şiva parlayan günəş, qurudan külək və axan sel olaraq dünyanı öz içinə çəkəcəkdir. Kali Kalkin bu əsnada at başlı insan görüşü ilə bəyaz rəngli bir at üzərində gələcək, insan və canlı aləmi (yür üzünü) xilas edəcəkdir.
Purana'larda isə, Vişnu’nun 25 avatarı olduğu, yəni dünyaya 25 dəfə endiyinə inanılmaqdadır.
Bunlara aiddir:
1. Kurma (Tısbağa)
2. Narada
3. Varaha
4. Matsya
5. Yajna
6. Nara-Narayana
7. Kapila
8. Dattatrey
9. Hayasirsa
10. Hamsa
11. Prsnigarbha
12. Rsabha
13. Prithu
14. Narasimha
15. Kurma
16. Dhanvantari
17. Mohini
18. Vamana
19. Parasurama
20. Raghavendra
21. Vyasa
22. Balarama
23. Krişna
24. Buda
25. Kalki
Avatar, doktrinası Bhagavadgita’da (Hind dini mətnlərin yer aldığı mənbələrdən biri) Arjuna’ya (Hind mifologiyasında Sərrast ovçu) müəllimi Krişna tərəfindən "Dürüstlüyün azalması və günahkarlığın artmasında mən özüm özümü yaradaram" sözləri ilə izah edilməkdədir.
P. S. Göründüyü kimi, bütün mifoloji yaradıcılıqlarda dünyanın ilk yaranışı əsasən sudan başlamış və böyük daşqınlarla bir hissə məhv olaraq yenidən davam etmişdir (Təkamül nəzəriyyəsində birhüceyrəlilərin suda formalaşması, fəlsəfədə ilk filosoflardan olan Fales'in hər şeyin sudan yaranması da misal göstərilə bilər). Eyni zamanda bütün dinlərdə dünyanın sonunda xilasedici və ya məhvedicinin gələcəyi proqnozu (Səmavi dinlərdən Yəhudilik və Xristianlıqda İsa-Dəccal (Armilus) qarşıdurması, İslamda - Mehdi Sahib-əz-Zamanın zühuru, Skandinav mifologiyasında Tor-Yormuqandr mübarizəsi və s.) Həmçinin müasir elmi nəzəriyyələrdə Big Bang və panenteist fəlsəfəyə uyğun olaraq var olan kainatın sonsuz sayda məhv olub yeniləşəcəyi (yeni yaşam formaları yaranacağı) amilini əsas gətirərək, canlı aləmin formalaşması və inkişafına bənzətmə və interpretasiyalar etmək olar.
Yazınının əsas hissəsi tərcümə edildiyi mənbələr:
https://tr.m.wikipedia.org/wiki/Avatar
ozhanozturk.com/2018/03/11/avatar-avatara-hint-mitolojisi/
Həmçinin bax:
https://tr.m.wikipedia.org/wiki/Panenteizm
https://az.m.wikipedia.org/wiki/German-skandinav_mifologiyası
etatist.com/xeber/35669-nitsenin-dccal-v-msihi.html
https://rezonanss.com/inancla-bagli-ideyalogiyalar-teizm-deizm-və-s/

Comments
Post a Comment