İntihar edən şəxsin psixoloji vəziyyətini hələ heç kim dəqiq təsvir etməyib. Bu, ehtimal ki, özünü öldürən adamın heysiyyətsiz olmağı, ya da bu adama olan marağın kifayət qədər olmaması ilə bağlıdır. Fikrimcə, məni intihar etməyə sövq edən səbəbləri açıqlamasam yaxşı olar. Renye, hekayələrinin birində intihar edən adamı təsvir edir. Onun qəhrəmanı özünü niyə öldürdüyünü bilmir. Qəzetlərin üçüncü səhifəsindəki məqalələrdə buna vadar edən müxtəlif səbəblərlə rastlaşa bilərsən: maddi çətinliklər, xəstəliklər və ya mənəvi əzab. Lakin, mən öz təcrübəmdən bilirəm ki, bunlar heç də əsas səbəb deyil, yalnız ona aparan yollardır. Renye deyir ki, intihar edən şəxs bunu niyə etdiyini özü də bilmir. Bizim hərəkətlərimizi müəyyənləşdirən mürəkkəb səbəblər var. Ancaq mənə gəldikdə bu səbəb - məni bürüyən anlaşılmaz həyəcandır. Gələcəyimə görə keçirdiyim anlaşılmaz həyəcan. Ola bilər ki, mənim sözlərinə inanmayasan. Həm də, onillik təcrübəm mənə deyir ki, yaxın adamlarım mənim vəziyyətimə düşməyincə, dediklərimə fikir verməyəcəklər.
Son iki ili mən, ancaq ölüm barədə düşünürəm. Və belə bir əsəbi gərginlik içərisində, Maylenderi oxudum. O, ölümə aparan yolu mücərrəd olsa da, gözəl təsəvvür edib. Buna sözüm yox. Mən də belə etmək istəyirəm, lakin konkret olaraq ailəmin halına acımaq kimi anlayışlar, mənim bu arzumun qarşısında heç nədir. Bəlkə də, sən bunu inhuman adlandıracaqsan. Lakin mənim etmək istədiyim qeyri-insanidirsə, deməli, mən sümüklərimə qədər vəhşiyəm.
Nə olur-olsun, mən ancaq həqiqəti yazmalıyam (Mən artıq öz gələcəyimçün gizli olan bu həyəcanı analiz etmişəm. Bu haqda "Əbləhin həyatı"nda yazmaq istəyirdim. Yalnız yaşadığım sosial şərtlər, - arxamca kölgə kimi sürünən feodal anlayışlar ucbatından bunu qəsdən etməməyə məcbur oldum. Niyə qəsdən? Çünki, biz bu günün insanları feodalizm kölgəsində yaşayırıq. Mən səhnədən başqa fonu, işıqlandırmanı, personajların - ilk növbədə özümün davranışımı təsvir etmək istədim. Sosial şərtlərə gəlincə, bunun mənçün aydın olmağına şübhəm var). Əvvəlcə, əzabsız ölmək üçün nə etmək haqqında düşündüm. Yəqin ki, bunun üçün ən yaxşı üsul - özünü asmaqdır. Amma özünü asan adamın estetik cəhətdən xoşagəlməzliyi məni fikrimdən daşındırdı (Yadımdadır, sevdiyim qadının heroqlifləri pis, kobud yazdığını gördükdə, ona olan məhəbbətim də sönmüşdü). Suda boğulmaqla da istədiyim nəticəni ala bilməzdim, çünki mən üzə bilirəm. Hətta buna müvəffəq olsaydım belə, bu vaxt özümü asmaqdan da çox əzab çəkərdim. Özümü qatarın altına ataraq intihar etməksə, daha xoşagəlməz olardı. Bıçaqla ya da güllə ilə özümü vurmağı bacarmaram, çünki əllərim əsir.
Çoxmərtəbəli evin damından atılsaydım, bu, lap biabırçılıq olardı. Bütün bunları nəzərə alaraq, yuxugətirici dərmanın köməyilə ölməyi qərara aldım. Bu yolla ölmək özünü asmaqdan da əzablıdır. Lakin, bu, asılmaq qədər ikrah doğurmur. Həm də, bu üsulun bir üstünlüyü də var ki, məni həyata qaytarmaq təhlükəsi olmur. Düzdür, yuxugətiricini tapmaq o qədər də asan deyil. Lakin, intihar etməyi qəti qərara aldığımdan, onu tapmaq üçün bütün imkanlarımdan istifadə etməyə çalışacağam. Və eyni zamanda toksikologiya haqqında daha çox məlumat əldə etmək istəyirəm.
Sonra, harda intihar edəcəyim haqqında fikirləşdim. Ölümümdən sonra ailəm mənim mirasıma sahib durmalıdır. Mənim əmlakım: yüz subo torpaqdan, evdən, müəlliflik hüququndan və iki min ienlik kapitaldan ibarətdir. Özümü öldürdükdən sonra evimin pis ad qazanacağından narahat oldum. Və bağ evləri olan burjuylara paxıllığım tutdu. Sözlərim, yəqin ki, səni təəccübləndirəcək. Başıma belə fikirlərin gəlməsi, elə özümü də heyrətləndirdi. Bu fikirlər yaxşı deyil, başqa cür də ola bilməz. Mən elə intihar etmək istəyirəm ki, cəsədimi ailəmdən başqa görən olmasın.
Ancaq, intihar etməyin üsulunu seçsəm də, mən az da olsa, hələ həyata bağlıyam. Ona görə də tramplin lazımdı (Sarısaçlılar kimi, mən, intihar etməyi günah saymıram).
Məlumdur ki, Sakya-Muni nəsihətlərinin birində şagirdinin özünü öldürməsini təqdir etmişdi. Onun yaltaq ardıcılları bu təqdiri "zəruri" halda sözüylə bəzədilər. Lakin, "zəruri" haqqında danışan kənar müşahidəçilər, heç vaxt fövqəladə, inanılmaz vəziyyətinə düşməyiblər ki, faciəvi surətdə ölmək qərarına gəlsinlər. Hər bir intihar edən şəxs bu "zəruri" halı öz bildiyi kimi başa düşüb ölməyə qərar verir. Əvvəllər, özünə qəsd edən insanlar mütləq cəsarətli olmalıydılar). Bir qayda olaraq, belə tramplin rolunu qadın oynayır. Kleyts intihar etməmişdən qabaq bir neçə dəfə öz dostunu ona yoldaş olmağa dəvət etmişdi. Rasin də Senada Molyer və Bualo ilə birlikdə boğulmaq istəmişdi.
Təəssüf ki, mənim belə dostlarım yoxdur. Doğrudur, bir qadın tanışım mənimlə birlikdə ölmək istəmişdi. Əksinə, illər keçdikcə sentimental olduğumdan, mən ilk növbədə elə etmək istəyirdim ki, həyat yoldaşım artıq əzab-əziyyətə düşməsin. Bundan başqa tək özümü öldürməyim iki nəfərin birlikdə intihar etməsindən qat-qat asandır. Bu həm də rahatdır: intihar etməyin vaxtını sərbəst seçə bilərsən.
Və axırıncısı. Mən çalışırdım ki, intihar edəcəyimdən ailəm duyuq düşməsin. Çoxaylıq hazırlıqdan sonra, nəhayət, məndə qəti fikir yarandı (Bunu yalnız dostlarımçun yazmadığımdan, hər bir xırdalığı göstərirəm. Mən, kiminsə "intihara kömək etmək" maddəsiylə məsuliyyətə cəlb edilməsində günahkar olmaq istəmirəm).
(Tərcümə: Samir Bulut)
Məlumat üçün; Ədəbi tənqidçilər Akutoqavanın əsərləri ilə Yapon ədəbiyyatının başqa bir ustad sənətkarı Natsume Soseki arasında çoxsaylı ümumi cəhətlərin olduğunu iddia edirlər. Bu baxımdan nümunə kimi ən çox göstərilən eqoizm problemidir.
Əlbəttə ki, bu da təəccüblü deyil. Çünki Akutoqava Natsume Sosekinin tələbələrindən biri hesab olunurdu və onun evində təşkil olunan ədəbi gecələrdə mütəmadi olaraq iştirak edirdi. Həm Natsumenin, həm də Akutoqavanın əsərlərində eqoizm problemi cəmiyyətin ümumi bir problemi kimi təqdim olunur və "Yaponiyanın dövlət eqoizmi" adlandırılır.
Akutoqava 24 iyul 1927-ci ildə ölümcül dozada vernol qəbul etməklə intihar etmişdi. Onun intiharı bir çox dostlarını, tanışlarını şoka salsa da, əslində çox da gözlənilməz hadisə deyildi. Lakin bir çoxları onun intiharının əsl səbəbini bilmədilər.
Maraqlı fakt;
Anası ona bu adı qoyur, deyilənlərə görə oğlu əjdaha il, ay, gün, saatında doğulmuşdur. O, “Yapon qısa hekayəsinin atası” kimi qiymətləndirilir. Nevroz biri olan Akutaqava ədəbiyyatda naturalizmi tənqid etmiş və yeniliyə, neorealizmə can atanlardan olmuşdur.
Kinorejissor Akira Kurosavanın "Raşemon" filminin "Raşemon qapıları" hekayəsinə heç bir aidiyyatı yoxdur, film Akutoqavanın başqa hekayəsi əsasında çəkilib.
Film 1951-ci ildə “Ən yaxşı xarici film” nominasiyası üzrə Oskara layiq görülür. Hekayə ingilis dilinə “Meşədə” (“In a grove”) kimi çevrilmişdir və maraqlı süjet xətti vardır. Yazarın ölümündən sonra 140-a
yaxın uzun və qısa hekayəsi qalmışdır.
İstifadə olunmuş ədəbiyyat:
Əmirxan Xəlilov "Dünya ədəbiyyatı" kitabı (Mühazirələr, ədəbi oçerk və portretlər: ali məktəblər üçün dərs vəsaiti /Ə.M.Xəlilov; elmi red. Q.Quliyev. Cild 7. - Bakı: "Bilik", 2013.- 471 səh.)
https://fotosintez.wordpress.com/2013/01/03/35/

Comments
Post a Comment