"Doqquzuncu dalğa", Ayvazovski



Erməni əsilli rus marinist* rəssam İvan Konstantinoviç Ayvazovskinin 1850-ci ildə tamamladığı əsər hazırda Rusiya Dövlət Muzeyində sərgilənməkdədir.

Rəsm nəhəng dəniz, böyük dalğa, günəş, fırtına səbəbilə batan və ya sahilə çıxmağa çalışan gəminin hissələrində qurtulmaq üçün çarpışan dənizçilərdən ibarətdir.

8 kiçik dalğadan sonra 3 böyük dalğa (9,10,11-ci)nın gəlməsi təsvir edilir. Və dənizçilərin arasında belə bir inanc və ya rəvayət mövcuddur; 9-cu dalğanı aşarlarsa, Tanrıya yetişiləcək və ondan kömək almaq mümkün olacaqdır.

Rəsmədəki gəmidə təsvir olunan 6 nəfər və dalğaya doğru üzməkdə olan bir nəfərlə birlikdə 7 insan təsvir edilib. Dövrün romantizm cərəyanının istiqamətlərindən olan Oryantalizmin** təsiriylə dənizçilərin paltarları müsəlman geyimi tərzindədir. Gəmidə yer alan şəxslərdən biri qırmızı rəngli türbanı* yelləyərək dalğaya qarşı təkbaşına üzməkdə olan insana dəstək verməyə çalışır. Rəsmdəki səhər günəşi isə ümidi simvolizə edir.

Qeydlər


* Marinistika - italyanca, "marina" - "su" - "dəniz görünüşü", dəniz döyüş səhnəsini və ya digər dəniz hadisələrini təsvir edən incəsənət janrı.

** Oryantalizm və ya "Şərqiyyətçilik" (Şərqiyyət) - Yaxın və Uzaq Şərq sivilizasiyası, dilləri, yaşam tərzinin incələndiyi qərb mənşəli araşdırma sahələrinə verilmiş ümumi ad.
Termin olaraq 18-19-cu əsrlərdə sənaye kapitalizminin inkişafı dövründə Amerika və Avropalılar tərəfindən Şərqin öyrənilməsi zamanı yaranmışdır. Termini mənfi mənada kitablarında, xüsusilə "Oryentalizm" (1978) əsərində istifadə edən insan Edvard Said olmuşdur. İfadənin mənşəyi latınca "günəşin doğuşu"nu ifadə edən "oriens" sözünə əsaslanır və coğrafi olaraq Şərqi göstərmək məqsədilə işlənmişdir. Həmçinin, Şərqə qarşı Qərbli önyarqısına qarşılıq olaraq, Qərbə yönəlikli Şərq önyarqısı mənasında da "Oksidentalizm" termini yaradılmışdır.
Roma imperatorluğu zamanında Uzaq Şərq mədəniyyəti haqqıda tam olaraq məlumat olmadığından bəhs edilən ərazini ümumi olaraq "Şərq" adlandırmışlar. Qərbli tədqiqatçıların Asiyanın içərilərinə səyahətlərindən sonra Şərqlə bağlı anlayışlar da dəyişməyə başlamışdır.

* Türban - incə qumaşdan hazırlanaraq başı sıx örtən özəl türk qadın baş geyimi. Türbanın bağlanma formasını ənənəvi baş örtüklərindən fərqləndirən başlıca cəhəti, saçın tək bir telinin belə görünməməsini təmin etməsidir. Mənşəyi fransızca "dulbont" sözündən gəlməkdədir. Həmçinin bəzi qrup insanlar tərəfindən siyasi geyim tərzinin örnəyi kimi də qəbul edilməkdədir.

Comments