Məşhur qırğız yazıçısı, bəşəri və milli ideyaların çulğalaşmış şəkildə ifadəsini öz əsərlərində ölməzcəsinə yaşadan Çingiz Aytmatov təqdim etdiyimiz "Ana Torpaq" (digər adı "Ana tarla") povestində dövrünün əsas bəlası olan İkinci dünya müharibəsinin simasında insanların yarım qalmış taleləri, məhv olmuş arzu və səadətləri, həmçinin bütün olanların əvəzində insanlığa, saf gələcəyə olan ümidləri romantikcəsinə çulğalaşmış reallıq fonunda bizlərə təqdim edir. Əsəri oxuyarkən sanki hadisələr gözlərimiz qarşısında canlanır və daxilimizdən psixoloji bir sarsıntı, kövrək bir duyğu keçir. Əsərin məzmunu haqqında geniş danışmaq olsa da, biz bu məqalədə əsərdən seçmə hissələri sizlərlə bölüşürük. Qeyd edək ki, bu əsər müəllifin repressiya qurbanı olmuş və giriş hissədə Aytamtovun özünün də qeyd etdiyi kimi məzarı bilinməyən atasına, həmçinin doğma anasına həsr edilmişdir.
"Ana, bilirsən, bir vaxt gələcək, sən də məni başa düşəcəksən, qət edəcəksən ki, mən düz iş görmüşəm. Hə, sən hökmən deyəcəksən ki, oğlun düz hərəkət edib. Hər halda, əgər sən başa düşsən də, ürəyinin dərinliklərində, harasında isə mənə deyilməmiş sözün qalacaqdır: "Axı necə ola bilər ki, sən bu işıqlı dünyadan belə köçüb getdin? Mən səni niyə doğmuşdum, niyə böyütmüşdüm?" Bəli, axı sən anasan və bu sualı mənə verməyə haqqın var. Ancaq sənin suallarına sonradan tarix cavab verəcək. İndi isə mən sənə ancaq onu deyə bilərəm ki, müharibəni biz istəməmişik, biz törətməmişik, bu, hamımız üçün, bütün insanlar üçün böyük bəladır. Biz qanımızı axıtmalıyıq, öz həyatımızı qurban verib, bu vəhşini sarsıtmalı, məhv etməliyik. Əgər biz bunu eləməsək, insan adını daşımağa ləyaqətimiz olmaz. Mən heç zaman müharibədə qəhrəmanlıq göstərmək həsrətini çəkməmişəm. Mən özümü ən sadə bir peşə üçün hazırlayırdım - müəllim olmaq istəyirdim. Mən müəllim olmağı çox arzulayırdım. Lakin tabaşir və xəritə göstəricisi əvəzinə mən əlimə silah almalı oldum, əsgər oldum. Günahkar mən deyiləm. Mən belə dövrə təsadüf etdim. Mən uşaqlara bir dəfə də olsun dərs deyə bilmədim.
Bir saatdan sonra mən Vətənin tapşırığını yerinə yetirmək üçün gedirəm. Çətin ki, sağ qayıdım. Mən ora gedirəm ki, hücum zamanı yoldaşlarımın həyatını qoruyub saxlayım. Mən xalq naminə, qələbə naminə, insanda olan bütün gözəlliklər naminə gedirəm...
Bu mənim sonuncu məktubdur, bu mənim son sözlərimdir. Ana! Mən sənin ana adını min dəfələrlə təkrar edəcəyəm, ancaq hər halda sənin qarşında borclu qalacağam. Sənə dərd gətirdiyim üçün məni əvf elə, ana. Ancaq, ana, sən bil ki, bu ağılsız fədakarlıq deyil, yox. Həyat özü məni belə yaşamağa öyrətmişdir. Bu mənim uşaqlara öyrədəcəyim birinci və axırıncı dərsimdir. Mən öz iradəm və əqidəmlə gedirəm. Fəxr edirəm ki, insanlar qarşısındakı ən yüksək borcumu yerinə yetirirəm.
Ağlama, ana, qoy heç kəs ağlamasın. Belə hallarda heç kəs ağlamamalıdır.
Məni əvf elə, ana, əlvida.
Əlvida, mənim Ala-Too dağlarım! Mən sizi necə də sevirdim!
Sənin oğlun - müəllim, leytenant Maselbek Suvankulov.
Cəbhə, 9 mart, 1943-cü il, gecə saat 12."
Mən yuxuda imiş kimi, ağırlaşmış başımı qaldırdım. Həyətdə adamlar sükut içərisində dayanmışdılar. Heç kəs ağlamırdı. Maselbek xahiş etmişdi ki, heç kəs ağlamasın. Arvadlar qolumdan tutub məni qaldırdılar. Mən ayağa duranda, külək alma ağacını silkələyərək ağ çiçəklərini toz kimi yerə tökdü. Çiçəklər sakitcə başımıza səpələnirdi. Bizim ağ alma ağacının o tərəfində, bizim uzaqlardakı bəyaz zirvəli dağların üstündən ucu-bucağı görünməyən təmiz, nəhayətsiz mavi səma görünürdü. Mənim daxilimdən, qəlbimdən bir səs qopub gəlirdi. Mən qışqırıb aləmi başıma götürmək istəyirdim. Ancaq susdum. Mən oğlumun son tapşırığını yerinə yetirdim, o, xahiş etmişdi ki, mən ağlamayım. Mən bilmirdim Aliman nə edir. Mən gördüm ki, o, əllərini irəli uzadaraq ehmal-ehmal mənə yaxınlaşır. O, lap yaxına gəlib, gözümün içinə baxdı, üzünü əlləri ilə qapayıb, dönüb getdi.
Bax, mən ortancıl oğlumdan da belə məhrum oldum. Onun mənə ancaq bir papağı yadigar qaldı.
Eh, lənətə gəlmiş inanı heç zaman tərk etməyən ümid...
Nəğmə adamı paklaşdırır, insanları yaxşılaşdırır...
Elələri var ki, qəmi tez unudur, yeni yola tez qədəm qoyur, digərləri əzab çəkir, ümidsizliklə bir yerdə ayaq döyür, keçmiş xatirələri unutmağa gücləri çatmır... Bədbəxtlikdən Aliman da belələrindən idi. O, başına gələnləri unuda, taleyi ilə barışa bilmədi. Bunda mənim də bağışlanmaz günahım vardır. Mən də zəif oldum, öz kədərimə üstün gələ bilmədim...
Ən dəhşətlisi budur ki, uşaqlar bilmirlər onlar niyə ac qalmalıdırlar...
Həyatı özün yaşamalısan, qəlbən quymalısan...
Mən ancaq ucadan; "Maselbek!" qışqırdığımı xatırlayıram; bu bir an içərisində mən onu olduğu kimi çox aydın gördün: külək onun saçını dağıtmışdı, şinelinin ətəyi qanad kimi çırpınırdı. Üzündə, gözlərində fərəh də, qüssə də, təəssüf də, vida da var idi! Mən gözümü ondan çəkmədən, arxasınca qaçdım. Eşelonun axırıncı vaqonu da yanımdan ötüb keçdi, mən isə şpalların üstü ilə qaçırdım, sona yıxıldım. Oh! Mən necə də fəryad qoparıb, bağırırdım! Oğlum döyüş meydanına gedirdi, mən isə soyuq dəmir relsi qucaqlayıb, onunla vidalaşırdım. Təkərlərin taqqıltısı get-gedə zəifləyib, nəhayət kəsildi.
İndinin özündə də, bəzən mənə elə gəlir ki, həmin eşelon beynimdən keçib gedir, təkərlərin taqqıltısı uzun müddət qulaqlarımdan çəkilmir...
Müharibənin yalnız bir qanunu var - vuruşmaq, mübarizə aparmaq, qalib gəlmək.
Kim deyir ki, müharibə insanları qəddarlaşdırır, alçaldır, xəbis və boş adam edir? Yox, müharibə, sən qırx il belə insanları əsgər çəkmələrinlə tapdalasan, öldürsən, qarət etsən, yandırsan və dağıtsan - təvafütü yoxdur, sən insanı əyə bilməzsən, alçalda bilməzsən, onu təslim edə bilməzsən.
Eh, indi danışmağın nə mənası var. Müharibə nə qədər adamı məhv etdi. Əgər müharibə olmasaydı, mənim Caynağım necə gözəl, nəcib adam olacaqdı!..
... İnsanın taleyi dağ cığırı kimidir; gah yuxarı qalxır, gah aşağı enir, gah da qəfildən uçuruma gəlib çatır. Bir adamın başına gəlsə dözmək olmaz, hamılıqla, aləm belə olanda, tab gətirmək olar... Bizim fani həyatımız belədir...
Mən indi xatırlayaraq, fikirləşirəm ki, əgər dünyanın bütün adamları o zaman bizim kimi, elə böyük intizarla gözləyib, eyni hissi keçirsə idilər, öz oğullarını, qardaşlarını, atalarını və ərlərini bizim kimi gözləyib sevsə idilər, onda yer üzərində müharibə də olmazdı...
Mən bütün qəhrəmanların və şöhrəti ilə fəxr etdiyim oğlum Maselbekin önündə baş əyirəm. Ancaq heç nə, heç bir şöhrət mənim üçün, onun özünü əvəz edə bilməz. Qoy bütün analardan soruşsunlar, heç bir ana belə şöhrəti arzulamaz. Analar uşaqları həyat üçün, yer üzərindəki adi xoşbəxtlik üçün doğurlar...

İstifadə edilmiş ədəbiyyat:
Aytmatov Çingiz. Seçilmiş əsərləri. İki cilddə. II cild. Bakı, "Öndər nəşriyyat", 2004, 384 səh.
Comments
Post a Comment