Həyatının gənclik dönəmi
Roza Parks 4 fevral 1913-cü ildə ABŞ-da, Alabama ştatında bir dülgərin qızı olaraq dünyaya göz açmışdır. O, valideynlərinin ayrılması səbəbilə anasıyla birlikdə Pine Levelə köçmüşdür.
11 yaşına qədər müəllim olan anası tərəfindən təhsil alıb. Sonra Sənayeçi qızlar məktəbinə daxil olur. Qaradərililərin əyalət məktəbində ikinci təhsildən sonra o, nənəsi və anasının xəstəliyi səbəbindən məktəbdən ayrılmaq məcburiyyətində qalmışdır.
1932-ci ildə Raymond Parks ilə ailə həyatı qurmuşdur. Təhsilini həyat yoldaşının dəstəyi ilə tamamlayır. 1943-cü ildə o, insan hüquqları hərəkatının fəal üzvü oldu.
"Avtobus müqaviməti" və "Montqomeri hərəkatı"
1. 1955-ci il 1 dekabr tarixində Parksın başına gələnlər:
Alabama ştatının Montqomeri şəhərində axşam saatlarında 42 yaşlı afroamerikan (qaradərili amerikalı) bir dərzi qadın şəhər kənarındakı işindən evinə qayıdırdı. Çox yorulmuş və tək istəyi tezliklə evə çatmaq olan Roza, bələdiyyə avtobusunun ortasındakı "dəyişkən" formalı oturacaqlardan birinə əyləşdi...
2. Dövrün ruhunu əks etdirən bir şəkildə irqçilik və ictimai ayrı-seçkilik hər yerdə hədsiz dərəcədədir. Avtobuslarda belə...
Montqomeri bələdiyyə avtobuslarındakı ilk 4 cərgə oturacaqlar sadəcə ağdərililərin əyləşməsi üçün icazəli idi. Qaradərili əhalinin bələdiyyə avtobusları sərnişinlərinin ümumi olaraq 75 %-ni əhatə etməklərinə baxmayaraq, onlara avtobusların təkcə ən son cərgələrində yer ayrılmışdı. Ağ cərgələr dolduqda və ya sürücünün istəyinə uyğun olaraq qaradərililər əyləşdikləri cərgələrdən duraraq, bu "genişliyi" onlara çox görən ağlara verməli və daha da arxaya getmək məcburiyyətində qalırdılar. Əgər arxada da yer olmazdısa ayaqüstə qalmalı, bu da alınmazdısa, avtobusdan enərək növbəti marşrutu gözləməli idilər...
3. Fərqli irqlərin eyni sırada oturması qadağandır!
Mövcud olan digər bir mənfur qanuna görə isə, qaradərili sərnişinlər ağdərililərlə eyni cərgədə otura bilməzdi. Dolaysı ilə, avtobus sürücüsü, 4-cü cərgədə olan "colored" (qaralar) nişanını "lazım gəldikdə" götürərək arxa sıralara doğru aparmaq səlahiyyətinə malik idi...(Tərcüməçinin qeydi: Həmin qanun "Cim Krou qanunları" adlandırılmışdır. Qanun öz əsasını ingilis komediya qəhrəmanı Cim Krounun (Jim Crow) adından götürmüşdür. Bu obraz 1828-ci ildə Tomas Rays (Thomas Rice) tərəfindən yaradılmışdır. Raysın müəllifi olduğu bu obraz əqli cəhətdən geriqalmış, ibtidai, hərtərəfli alçaldılmağa məruz qalan həmin dövrün qaradərili bir tipidir. Rays xarakteri canlandırarkən üzünü kömürlə boyayırdı.
Cim Krou ağlar tərəfindən qaradərililəri alçaltmaq məqsədilə onlara verilən adlardan biri idi.
"Cim Krou qanunları" da buradan meydana gəlib. Bu qanunun - Qanunvericilik, dəmir yolları və tramvaylarda irqi ayrı-seçkiliyi qəbul edən ilk müddəaları 1875-ci ildə Tennessi şəhərində qəbul edilmiş, bütün cənub əyalətlərindəki dəmir yollarında irqi ayrı seçkiliyə səbəb olmuşdur. Hər yerdə
"Yalnız Ağlar üçün" və "Qaralar üçün" işarələri asılırdı. Əslində, bütün bunlar, mövcud vəziyyətin rəsmi qanun şəkli alması anlamına gəlirdi.
Praktikada bu, otellərə, teatrlara, kitabxanalara, hətta liftlərə və kilsələrə də aid edildi. Ayrıseçkiliyin ən ağır göstəricisi isə məktəblərin payına düşürdü.)
4. Əksəriyyət bu qanundan narazıdır. Amma quruluşa qarşı gəlməyə cəsarət edə bilən yoxdur...
Əslindən R. Parks mövcud ayrı-seçkiliyin törətdiyi "alçaldıcı" duyğunu çiyinlərində daşımaqdan yorulmuş insanlardan, sadəcə, biri idi. Daha sonralar müsahibələrinin birində bu barədə belə demişdir:
"İctimai nəqaliyyatlardakı bu rəftara qarşı mübarizə 1 dekabr günü başlamamışdı. Montqomeridə avtobusa minmək əvəzinə işə piyada gedib-gəldiyim hallar kifayət qədər olmuşdu..."
5. Ta ki Parks "Daha bəsdir!" deyənə kimi...
Hər zamankı günlərdən birində Parks ödəniş edərək avtobusa minərkən, Ceyms Bleyk (James Blake) adlı sürücü ondan enərək arxa qapıdan minməsini tələb edir. Avtobusdan enən Roza arxa qapıdan minmir və digər avtobusu gözləyir. Daha sonralar da Bleykin idarə etdiyi avtobuslara heç vaxt minməməyi qərara aldı. Lakin 1955-ci il 1 dekabr günü o qədər yorğun olur ki, öz prinsiplərinin əksinə gedərək sürücünün Bleyk olmasının fərqinə varmır...
6. Həmin gün baş verənlər ölkənin tarixini kökündən dəyişəcək atəşli bir mübarizənin ilk qığılcımları idi...
Bəzi ağdərili sərnişinlər ayaqüstə qalınca, sürücü yerindən qalxaraq statuslu oturacaqlardakı qaradərililərə "qalxın" deyə əl işarəsi göstərər. Parks həmin anı belə təsvir edir:
"Sürücünün yaxınlaşdığını gördükdə rəngli bədənimi paltarımın içində basdırmağa çalışdım..." Sürücünün xəbərdarlığından sonra dəyişkən statuslu oturacaqların ilk cərgəsində əyləşən üç kişi sərnişin qalxaraq arxaya doğru yönəldi.. Parksın yanında şüşə bağlamalar kənarında oturan sərnişin də qalxır. Parks da hərəkət edir, amma ictimai asayişin əksinə olaraq... Şüşə kənarındakı oturacağa yayıldı və artıq yorğunluqdan halı qalmamış bir insana məxsus şəfqətlə, heç bir hesab verməyə lüzum görməyərək qətiyyətlə sürücünün gözlərinə baxmağa başladı...
Hər kəs təəccüb içində... İctimai asayiş təhdid olunurdu. Bleykin qızğıncasına soruşduğu "niyə qalxmırsan?" sualına Parks, cəsarətlə insanlığa yaraşacaq bir cavab verir:
"Çünki qalxaraq yerimi kiməsə verməyin lazım olduğuna inanmıram!"
7. Parksın öz iradəsi ilə qanunlara qarşı çıxmasına səbəb...
"İnsanlar davamlı şəkildə deyir ki, mən o gün çox yorğun idim və bunun üçün də oturacaqdan qalxmaq əmrini rədd etmişəm. Yorğun olmağım doğrudur, lakin səbəb təkcə fiziki yorğunluq deyildi. Çox da yaşlı deyildim, 42 yaşım vardı, bu daha çox mənəvi yorğunluq idi. Haqsızlığa uğramaqdan və bunu həzm etməkdən yorulmuşdum..."
8. Və Parks həbs edilir...
Sürücü avtobusu saxlayaraq polis çağırır. Parks həbs edilir. Avtobusdan endirilərkən, onu çəkişdirən polisə "niyə məni itələyirsiniz?", deyə soruşur. Cavabında polis dövlət adından danışaraq; "Bilmirəm. Qanun qanundur və sən də bir cinayətkarsan", deyir. Park o anı belə xatırlayır:
"Məhkum edilərkən tək düşüncəm, bu alçaldıcılığı əsla qəbul etməyəcəyəm və bu utancverici yolun yolçusu olmayacağam" fikri idi...
9. 1992-ci ildə qatıldığı proqamların birində hadisə ilə bağlı dedikləri...
"Alçalmaq istəmirdim. Pulunu ödəyərək haqqım olan oturacaqdan məcburən qaldırılmaq istəmirdim. Həbs edilmək kimi bir istəyim də yox idi. Onsuz da işlərim yetərincə qaydasında deyildi. Lakin o məqamda hər şey son həddə çatmışdı, odur ki, müqavimət göstərməyi seçməkdə tərəddüd etmədim... Çünki buna artıq kifayət qədər dözdüyümüzü hiss edirdim. Nə qədər güzəştə getsək, nə qədər sussaq da, təzyiq də ona bərabər həcmdə artmaqda idi..."
10. Həbsinin ardından baş verənlər...
Parksın həbsi ilk əvvəllər çox da diqqət çəkmədi. Qaradərililərin hüquqlarının aktivist təşkilatı olan NAACP-nin Montqomeri şöbəsi rəhbəri, sindikatçı Edqar Nikson (Edgar Nixon) və Parksın bir dostunun 100 dollar həcmində cəriməni ödəməsiylə cümə axşamı günü həbs olunmayaraq sorğulanmağa cəlb olunması şərtilə sərbəst buraxılır. Nikson, cümə günü Qadınların Siyasi Şurası üzvü və Alabama Əyalət Universiteti professoru Co Ann Robinsonu (Jo Ann Robinson) məsələdən xəbərdar etməsiylə, Robinson hərəkətə keçməyə qərar verir. Bütün gecəni 35 min əl elanı hazırlayaraq Monqtomeri sakinlərini avtobusları boykot etməyə səslədi...
11. Boykot harayı!
Qadınların Siyasi Şurası (WPC) boykota dəstək verən ilk qrup oldu. 4 dekabr bazar günü şəhərdəki qaradərililərə məxsus kiçik kilsələrdə avtobus boykotu hərəkatı haqqında nümayişlər elan edildi.
"Montgomery Advertiser" qəzetinin də ilk səhifəsində xəbərə yer ayırmasıyla hərəkat bütün şəhərə yayılmış oldu. Həmin gecə kilsələrdə keçirilən iclaslarda alınan qərarlara əsasən, "insani davranış görüncəyə, qaradərili sürücülər də işə götürülənə və ortadakı dəyişkən statuslu oturacaqlara 'ilk gələn əyləşə bilər' statusu verilənə qədər" fikri ilə boykota davam etmək əsası götürüldü...
12. Məhkəmə günü gəldiyi zaman haqsızlığa qarşı müqavimət göstərənlərin sayı 40 minə çatır...
5 dekabr bazar ertəsi günü Monqtomeri tarixinin ən önəmli günü yaşanırdı. Roza Parksın məhkəməsi... Həmin günü şəhərdə güclü yağış yağırdı, buna baxmayaraq, demək olar ki, bütün qaradərililər boykota qatılmışdı... Hətta bəziləri şəxsi avtomobilləri ilə daşıya bildiyi qədər öz irqdaşlarını götürmüşdü. Təxminən ən azı 40 min bələdiyyə avtobusu sərnişini o günü işə piyada getdi. Bəziləri 32 km-lik yol yeridi, amma yenə də bələdiyyə avtobusuna minmədi...
13. Müqavimət hərəkatına qatılan gənc bir vaiz...
Boykot uğurlu alındı və şəhərdə bir xəbərdarlıq hakim olmuşdu. Həmin axşam aralarında Roza Parksın da olduğu bir qrup aktivist Mt. Zion kilsəsində bir araya gələrək atacaqları növbəti addımları müzakirə etdilər.
Montgomery İmprevment Associaton (Montqomeri Təkmilləşdirmə Dərnəyi) adlı birlik təsis etmək qərara alınır. Rəhbərliyə isə, Dekster Avenyu Baptist (Dexter Avenue Baptist) kilsəsinin o zamanlar 26 yaşlı gənc vaizi Martin Lüter Kinq (Marthin Luter King) seçilir. (Red.- Sonralar "Qeyri-zorakı hərəkətlər taktikası"nın böyük lieri olacaq şəxs. Onun irqçilik əleyhinə "Bir arzum var" adlı məşhur nitqi mövcuddur). Və boykota daha da qətiyyətlə davam etmək qərara alınır...
14. Məhkəmənin nəticəsi və Edgar Huverin (J. Edgar Hoover) M.L. Kinqə marağı...
R. Parks ictimai asayişə itaətsizliyi səbəbilə 14 dollar pul cəzasına layiq görülür. Associated Press xəbər mərkəzi də həmin gün ilk dəfə məsələyə bağlı xəbər yayınca hadisə bütün ölkəyə səs salır. 7 dekabr günü Edqar Huverin FBI-sı, (Federal Təhqiqat Bürosu) Montqomeridə karikaturaçı və provokatorçuların asayişi dağıtmaq üçün fəaliyyət içində olmasını ilk dəfə rəsmi qeydlərinə keçirdi və Huverin M. L. Kinqə qarşı diqqəti yarandı...
15. 381 gün ərzində Montqomeridə bir nəfər də olsun qaradərili avtobusa minmədi.
İş yerinə, məktəbə piyada yollandılar. Qaradərililər səlahiyyətində mövcud hər şəxsi nəqliyyatla, bələdiyyə avtobusunun bileti qiymətinə sərnişin daşımağa başladılar. Maraqlıdır ki, bəzi ağdərili evdar qadınları da öz avtomobilləri ilə dəstək verirdi. Və nəticədə bələdiyyə avtobuslarını işlədən şirkət böyük miqdarda maddi ziyana uğradı. Hətta bəzi avtobuslar işləklikdən qalaraq çürüməyə başladı...
16. Şəhərdə çaxnaşma artır və M.L.Kinqin evinə bombalı təcavüz edilir...
Yaranmış vəziyyətin gərginliyindən təşvişə düşən irqçilər Martin Lüterin evinə bombalı hücum həyata keçirirlər. Hücumun ardından evinin önünə yığılmış yüzlərlə acıqlı həmsoydaşlarına xitab olaraq dediyi nitqdə: "Buraya silahla gələn varsa, onu evinə götürsün. Silahı olmayan silah əldə etmək fikrinə cəhd etməsin. Şiddətə şiddətsizliklə cavab verəcəyik. Məni dayandırsalar belə, bu hərəkat dayanmayacaq" şəklində çıxış edərək, Kinq sivil hüquqlar hərəkatının dinc müqavimət xarakterinə çevrilməsini təmin etmiş oldu. Qeyd edək ki, Kinq boykot zamanı dəfələrlə həbs edilmiş, təzyiqlər görmüşdü. Bütün bunlar beynəlxalq mediyanın diqqətini Montqomeriyə çəkməsinə səbəb oldu. Bir dəfə Kinq həbs edilən zaman jurnalistlərə "Cəzamla qürur duyuram" deyə, örnək alası bir replika səsləndirmişdi. Bu sırada ağdərili birləşmələr işə piyada gedən qaradərililərə təcavüz etməyə başlayır. Bəzilərini hətta edam etdilər. Bununla belə, qardərililərin mübarizə əzmini qırmaq mümkün olmadı və boykota davam edildi...
17. Roza Parksın "Daha bəsdir!" deyərək başlatdığı müqavimət hərəkatı sonda zəfərə çatır!..
ABŞ Ali məhkəməsinin 1956-cı ilin yanvar ayında oxşar məhkəmə işində (Browderv Gayle) irqi ayrıseçkiliyi qadağan edən qərarın nəticəsi olaraq Montqomeridəki bələdiyyə avtobuslarında da ayrıseçkilik aradan götürülümüş oldu. Montqomerili qaradərililər avtobus boykotunu 1956-cı il 20 dekabr günü sona çatdırdı. Hərəkat uğurla yekunlaşdı. Ağdərili irqçilərin reaksiyası sərt oldu; Kinqin evinə təcavüz, avtobuslara silahlı hücum, qardərililərin döyülməsi... Lakin vəziyyət artıq dəyişmişdi...
M. L. Kinqin liderliyi ilə davam edən mədəni hüquqlar hərəkatı 1964-cü ildə Sivil Hüquqlar Məcəlləsinin qeydə alınmasını gerçəkləşdirdi. Bu bəşər tarixinin ən şərəfli, şanlı qələbələrindən idi!..
18. Martin Lüter Kinq 1958-ci ildə yayımlanmış "Stride Toward Freedom" adlı kitabında deyir:
"Kimsə stəkanın dolması qaydasını bilmədən Roza Parksın hərəkatını anlaya bilməz. An gələr ki, insan "Daha bəsdir!", "bundan artığını qaldıra bilmərəm", deyə hayqırar və daşar...
19. Barak Obama 58 il sonra eyni oturacaqda...
1 dekabr 2013-cü ildə ABŞ-ın 44-cü prezidenti, hazırda Deyroytun "Henri Ford muzeyi"ndə sərgilənən o məşhur avtobusda, Roza Parksın məcburən qaldırıldığı oturacaqda əyləşmiş halda görüntüləndi. Bu foto bir tərəfdən, hadisələrin haradan-haraya gəlinməsinin, digər yandan isə ABŞ-da irqi ayrıseçkiliyin hələ də davam etməsi arasında nə qədər məsafə olduğunun simvoli idi...
ROZA PARKSIN QAZANDIĞI NAİLİYYƏTLƏR:
20-ƏSRİN İNSAN HÜQUQLARI MÜDAFİƏÇİSİ SEÇİLDİ
1994-cü ildə İsveçənin paytaxtı Stokholmda Roza Parks Nobel Sülh Mükafatına layiq görüldü. Parks 1966-cı ildə Prezident tərəfindən İstiqlaliyyət medalı ilə mükafatlandırıldı. 1988-ci ilə qədər ABŞ Konqresinin nümayəndəsi Con Konyersin (John Conyers) katibəsi vəzifəsində çalışmışdı. 1987-ci ildə şəxsi inkişaf sənayesini qurdu və gənclər arasında təbliğat işi aparmaq üçün Amerikanı səyahət etdi. Roza Parks, 1979-cu ildə zorakılığa qarşı müqavimətin simvoluna çevrilərək NAACP-nin Spingarn Medalı'na və 1980-ci ildə Martin Lüter King Jr mükafatına layiq görülmüşdür.1999-cu ildə Time jurnalı tərəfindən 20-ci əsrin insan hüquqları müdafiəçisi seçilir. 1999-cu ildə konqresin qızıl medalı qazanaraq bu mükafatı Bill Klintonun əlindən alır. 20-ci əsrin 20-ci illərinin əsas fiqurlarından biri kimi göstərilən Roza Parks adına bir çox muzey və kitabxana açılmışdır.
Parksın Ölümü
"Sivil xalqların anası" adlanan Roza Parks, 24 oktyabr 2005-ci ildə öldüyündə 92 yaşında idi. Alabama, Montgomery Detroit və Vaşinqtonda sıx cənazə mərasimi təşkil edildi. Senat tərəfindən Rotunda'da Parksın cəsədi şərəflə yerləşdirildi.
Sonda isə deyək ki, bütün haqsız rejimlərin, mənfur siyasətin gec, ya tez, bir sonu olmuş və olacaqdır. Tarix haqlını heç vaxt dəyərsiz qoymayıb. Bu şanlı hərəkatın bütün üzvlərini hörmətlə anır və cəmiyyətimizin hər bir fərdinin bu insanlar kimi ədalətsizlik qarşısında məğrur, yenilməz dayanaraq müqavimət göstərməsini arzu edirik!
Comments
Post a Comment