Epikurun (b.e.ə. 341-270) fəlsəfəsi qədim yunan atomizminin ən yüksək mərhələsidir. O, Demokritin atomlar nəzəriyyəsini yenidən işləmişdir. Əgər Demokritə görə atomların boşluqda hərəkəti mexaniki xarici zərurətdən yaranırsa, Epikurun fikrincə isə atomların hərəkəti onların daxili xassələri ilə şərtləndirilir. Bununla da zərurətlə bərabər təsadüflərin də olması fikri doğrulur. Bu fikir atomistikada yeni nailiyyət kimi qəbul edilir.
Epikura görə fəlsəfənin əsas vəzifəsi xoşbəxtliyə aparan davranış haqqında təlim - etika yaratmaqdır. O, göstərirdi ki, xoşbəxtlik heç nə ilə pozulmayan zövqdür. Xoşbəxtlik ruhun soyuqqanlı və təmkinli olmasıdır (yunanca, "ataraxia" - təmkinli olmaq). Belə vəziyyətə uzun sürən təlim və məşq (yun. "askesis" - məşq) yolu ilə çatmaq olar. Lakin Epikurun "askesa"sı ağıllı, əxlaqlı və xoş həyat keçirən insanın tərbiyəsidir. Ataraksiyaya nail olmaq isə ölüm qarşısında qorxu hissindən azad olmağı tələb edir. Epikur inanırdı ki, ruh ölür, çünki o atomlardan ibarətdir. Ona görə xoşbəxtliyə burada, bu dünyada çatmaq olar. Epikurun görə fəlsəfə xoşbəxtlik yolunu axtarıb tapmaqdır. (Red.- Məşhur sitatında deyildiyi kimi: "Non fui, fui, non sum, non curo" (Yox idim, varam, olmayacam, vecimə deyil). "Ədalətli, xoş və mənəvi həyat sürmədən xoşbəxtliyə çatmaq olmaq, eyni zamanda xoşbəxt olmadan ədalətli, xoş və rahat həyat sürmək olmaz... Ölümün bizə dəxli yoxdur; nə qədər ki, biz varıq o yoxdur, o olanda isə biz yoxuq..."
Epikurun atomist təliminin ən böyük təhlilçisi Qədim Roma filosofu Lukresi Kar (b.e.ə. təxm. 99-55) olmuşdur.
Epikür insan haqqında
Yunan filosofu Epikür insan ruhunda xoşbəxtliyin özülünə həzzi qoyurdu. Sonralar buna görə Avropa din gələnəyində Epikür qarınqulu, ləzzət almaq üçün hər hoqqadan çıxan adam kimi verilmişdi. Uyğun olaraq epikürçülük də həmin anlamları bildirirdi. Əslində isə filosof göstərirdi ki, istəklər, həzzlər cürbəcürdür: var təbii və gərəkcəli istəklər. Bu istəklər adamı əzabdan qurtarır. Məsələn, susuzlayanda bir içim su, acanda bir tikə çörək istəmək. Var təbii olan, ancaq zəruri olmayan istəklər. Məsələn, yemək istəyi təbiidir, ancaq yeməyin cürbəcür bəzəkdə və dadda olmasını istəmək zəruri deyil və yemək elə olmasa, əzab doğurmaz. Elə istəklər və həzzlər də var ki, nə təbiidir, nə də zəruri. Məsələn, sənə heykəl qoyulmasını istəmək, ya da heykəl hədiyyə almaqdan xoşlanmaq. Epikür göstərirdi ki, bilgə, müdrik adam yalnız birinci növ istək və həzzlə, yəni təbii və zəruri olanla yetərlənir. Acsansa, çörəklə su yeyib-içməkdən həzz almağı bacarmalısan. Filosof, bax, belə həzzlə yaşamalıdır
Kiniklər insan haqqında
İnsan necə yaşamalıdır ki, bədbəxt olmasın, ruhu dinclik, sakitlik qazansın? Adi şüur «hər şeyim olsa, xoşbəxt olaram, sakitlik qazanaram» - deyir. Fəlsəfə isə anladır: onsuz da hər şeyin ola bilməz, onun üçün də çıxış yolu başqa yerdədir. Sinoplu Diogen (ki çəlləkdə yaşayırdı) hökmdara söyləmişdi: - «Bilirsən, səninlə mənim fərqim nədir? Səni duyğuların minib eşşək kimi sürür, mən isə duyğularımı minib sürürəm». Bu Diogen Sokratın tələbəsi olmuş afinalı Antisfenin yaratdığı kiniklər fəlsəfi məktəbindən idi. Antisfen müəllimi öləndən sonra Kinosarqda yaşamışdı. Məktəbin adı da bu şəhərin adından gəlirdi, ancaq vurğunu dəyişdirəndə «kin» it mənasını verirdi və yunanlar başladılar «kinik»i it anlamında işlətməyə. Onu da deyək ki, indinin «sinik» sözü, yəni müqəddəs heç nəyi olmayan adam mənasını verən «sinik» sözü «kinik» kəlməsindəndir.
Kiniklər dünyanın çətinliklərindən qurtulmağın əlacını avtarkiyada görürdülər. Avtarkiya insan ruhunun elə bir durumudur ki, tam özündə rahatlanıb, heç nədən asılı deyil, heç nə ilə maraqlanmır, heç nə ilə şirnikmir. Kiniklər hesab edirdilər ki, ruhu yalnız belə avtarkiya durumuna çatmış adam bilgədir, müdrikdir və onu yaşamın (həyatın) heç bir dərdi dəbərtməz. Antisfen deyərdi: «Mən dəli olaram, ancaq bu dünyadan ləzzət almaram». Nə üçün? Onun üçün ki, dünyadan ləzzət alan kimi dünyaya bağlanırsan, onun gərdişindən asılı qalırsan, dünya səni oyuncaq kimi atıb-tutur. Sinoplu Diogen çəlləkdə yaşayırdı, yayda isti qumun üstündə yumbalanırdı, qışda buz kimi soyuq heykəlləri qucaqlayırdı. Kiniklər varı, şanı sevmirdilər. Diogen itlərlə yaşayırdı, itlərə atılan sür-sümüyü sormaqdan, gəmirməkdən iyrənmirdi və deyirdi: «Günəş dünyadakı zir-zibilin üzərindən keçsə də çirklənmir. Mən də günəş kimiyəm, çevrəmdəki zibillikdən çirklənmirəm». Kiniklərin bu qəribə yaşayış tərzi ilə öz qutlarını sınaqdan keçirirdilər. Tamahsızlığın içində, eybəcərliklərdən iyrənməməyin sayəsində ruhlarını möhkəmləndirirdilər.
Kiniklər dünyanın çətinliklərindən qurtulmağın əlacını avtarkiyada görürdülər. Avtarkiya insan ruhunun elə bir durumudur ki, tam özündə rahatlanıb, heç nədən asılı deyil, heç nə ilə maraqlanmır, heç nə ilə şirnikmir. Kiniklər hesab edirdilər ki, ruhu yalnız belə avtarkiya durumuna çatmış adam bilgədir, müdrikdir və onu yaşamın (həyatın) heç bir dərdi dəbərtməz. Antisfen deyərdi: «Mən dəli olaram, ancaq bu dünyadan ləzzət almaram». Nə üçün? Onun üçün ki, dünyadan ləzzət alan kimi dünyaya bağlanırsan, onun gərdişindən asılı qalırsan, dünya səni oyuncaq kimi atıb-tutur. Sinoplu Diogen çəlləkdə yaşayırdı, yayda isti qumun üstündə yumbalanırdı, qışda buz kimi soyuq heykəlləri qucaqlayırdı. Kiniklər varı, şanı sevmirdilər. Diogen itlərlə yaşayırdı, itlərə atılan sür-sümüyü sormaqdan, gəmirməkdən iyrənmirdi və deyirdi: «Günəş dünyadakı zir-zibilin üzərindən keçsə də çirklənmir. Mən də günəş kimiyəm, çevrəmdəki zibillikdən çirklənmirəm». Kiniklərin bu qəribə yaşayış tərzi ilə öz qutlarını sınaqdan keçirirdilər. Tamahsızlığın içində, eybəcərliklərdən iyrənməməyin sayəsində ruhlarını möhkəmləndirirdilər.
Kirenaiklər insan haqqında
Sokrat fəlsəfəsindən çıxan ikinci məktəb «Kirenaiklər» adlanırdı. Bu məktəbin yaradıcısı Kirenadan olan Aristipp idi. O, insan ruhunun asılısızlığını onun həmişə həzz vəziyyətində, xoşnutluqda olmasında görürdü. İnsan heç nədən qanını qaraltmamağı öyrənməlidir, hər şeydə həzz (yunanca hedone) üçün bir əsas görməyi bacarmalıdır. Müdrik yaşamın şərti vecsizlik, heç nəyə bağlanmamaq və nə iləsə üz-üzə çıxmalı olanda ona fikir verməmək, ya da ondan həzz almaqdır. Bir hökmdar Aristippə çoxlu pul verir. Yolda görür ki, qulu onları zorla daşıyır. Əmr edir yarısını yerə atsın. Kirenaik Fyodr deyirdi ki, lap məbədi yarmaqdan da ləzzət almaq gərəkdir. Ləzzət üçün oğurluq da etmək olar, vətən yolunda ölməmək də olar. Aristipp söyləyirdi: mənim ruhum ona görə azaddır ki, mən həzz almağın qulu deyiləm, həzz mənim qulumdur. Yəni həzz almağı haçan, nədə axtarmaq məndən asılıdır.
Materiya və insan
Empedokl (b.e.ə təxm. 490-430) bir ilk materiya əvəzinə, bütün varlığın kökü olan dörd başlanğıc prinsipi irəli sürürdü. Onun dörd ünsür (torpaq, su, od, hava) nəzəriyyəsi sonralar yunan fəlsəfəsində daha da inkişaf etdirilmişdi.
Empedokl göstərirdi ki, iki hərəkətverici qüvvə var ki, onlar göstərilən dörd ünsürün yerlərini dəyişdirmə yolu ilə xarici aləmdə bütün müxtəlifliyin meydana gəlməsinə səbəb olur. Bu qüvvə - məhəbbət və düşmənçilikdir. Empedoklun fikrincə Kosmosda inkişaf prosesi bu dörd mərhələdən keçir, bəzən məhəbbət, bəzən də düşmənçilik üstün gəlir.
Eleylilərdən fərqli olaraq Empedokl hissi idrakın müəyyənedici rol oynadığını göstərirdi.
Yunan fəlsəfəsində plüralizm (lat. "plüralis" - bir çox mahiyyətin olduğunu göstərən) ideyasını ilk dəfə Anaksaqor (b.e.ə. təxm. 500-428) irəli sürmüşdür. O, hesab edirdi ki, dünyanın maddi əsasını təşkil edən şeylərin toxumu ətalətli və başlanğıcda hərəkətsizdir. Onları hərəkətə gətirən səbəbi və eyni zamanda bütün şeylərin səbəbini Anaksaqor "nus" (ağıl) adalandırırdı.
Anaksaqorun maddi dünya haqqında görüşləri sonralar Levkipp və Demokritin atomizm nəzəriyyəsinin yaranması üçün zəmin hazırladı.
Heraklitin (b.e.ə. 530-470) dünya haqqında təlimin başlanğıc nöqtəsini bütün mövcudatın keçici, dəyişkən xarakter daşıması haqqında təsəvvürlər təşkil edir.
Heraklit öz təlimində ona istinad edirdi ki, hər şey mütləq olaraq dəyişkəndir. O, göstərirdi ki, "Hər şey axır; Hər şey dəyişir" ("panta tei"). Heraklit dünyanı axar çaya oxşadır və deyirdi ki, "eyni çaya həm daxil oluruq, həm də daxil olmuruq". (Red.- Bu düşüncələr dialektikanın (inkişaf haqqında elm) ilk ünsürləri hesab edilir. Bu fəlsəfəyə görə zidd qüvvələrin daimi mübarizəsi yeniliyə və inkişafa səbəb olur).
Heraklitin təlimində elmlərin əsası hesab edilən loqos anlayışı böyük yer tutur. Hərfi mənada "loqos", "söz" deməkdir. Lakin hər söz yox, ağıllı söz Loqosdur. Bu qayda və ölçü prinsipidir. Loqos ilə yüklənən od həm ağıllıdır, həm də ilahi mahiyyət daşıyır.
Qədim yunan atomizminin banisi Levkippdir (b.e.ə. 500-440). Onun ən məşhur davamçısı böyük filosof Demokrit (b.e.ə. təxm. 460-370) olmuşdur.
Atomistlərin əsas müddəası atomların (varlıq) və boşluğun (qeyri varlıq) mövcud olması fikrinə əsaslanır. Varlıq boşluğun antipodudur.
Atomlar (hərfi olaraq "bölünməyən") cismin tamamilə sıx, heç nə keçirməyən, içərisində heç bir boşluğu olmayan, ölçüsünə görə hissiyat ilə qavranmayan, müstəqil, bölünməyən hissəciyidir. Atom - xarici forma, nizam, tutduğu yerdən başqa həm də boşluqda çevik olmaq xüsusiyyətinə malikdir. Demokritin atomları tamamilə sonsuzdur, hər hansı hissetmə qabiliyyətindən, rəngdən, qoxudan, səsdən və s.məhrumdur
Comments
Post a Comment