Fransız alimi Oqüst Kont (1798-1857) pozitivizmin yaradıcılarından biridir. O, hesab edirdi ki, dünyanı ideyalar idarə edir, cəmiyyətin tərəqqisi birinci növbədə ağılın tərəqqisidir.
David Yum kimi O.Kont da göstərirdi ki, insan zəkası yalnız təzahürləri dərk edə bilər. Deməli, o, aqnostsizm (red.- idrakın dərkedilməzliyi fəlsəfəsi) mövqeyində dururdu. Kont səbəbiyyət anlayışını inkar edir və onu təzahürlərin daimi ardıcıllığı fikri ilə əvəz edirdi. O. Kontun fəlsəfi sistemi onun təfəkkür və idrakın üç inkişaf mərhələsi haqqında təlimində əsaslandırılmışdı: 1) teoloji mərhələ (burada ilk başlanğıc Allahdır); 2) metafizik mərhələ (ilk başlanğıc təbiətdir); 3) idrakın və ümumiyyətlə cəmiyyətin ali, axırıncı və yaxud elmi, yəni pozitiv mərhələsi. Bu mərhələ üçün teologiyadan və metafizikadan imtina edib müsbət (pozitiv) bilik əsasında ictimai həyatı yenidən dəyişmək fikri xarakterikdir.
O. Kont fəlsəfəyə "altruizm" (latınca "alter" - başqa) terminini gətirmişdir. Bu elə əxlaqi prinsipdir ki, insandan təmənnasız olaraq başqasına xidmət göstərməyi, onların rifahı üçün öz şəxsi mənafeyini qurban verməyi tələb edir. Altruizm eqoizmin (lat. "ego" - mən), hedonizmin (yun. "hedone" - zövq) və fərdiyyətçiliyin əksidir. O. Kontun "insanlıq dini"ndə başqa insanların mənafeyi başlanğıc nöqtəsi kimi götürülür.
İngilis filosofu və sosioloqu Herber Spenser (1820-1903) fəlsəfəsinin əsas məqsədi aqnostisizm zəminində inam ilə biliyi, din ilə elmi birləşdirməkdir. Onun fikrincə nə din, nə də elmin varlığın əsas sualına cavab vermək iqtidarında olmadığının başa düşülməsi onlar arasındakı münaqişəni aradan götürməyə imkan verir. Spenserə görə fəlsəfə elmdən fərqli olaraq birləşmiş bilik, ali nəzəri sintezdir.
Fəlsəfi və elmi qanunlar aradında keçilməz sədd yoxdur. Həm elm, həm də əsl fəlsəfə, Spenserin fikrincə, dünyanı eyni metodlar - müşahidə və induksiya vasitəsilə dərk etməyə çalışırlar, ancaq fəlsəfə özünün tədqiqat sahəsini məhdudlaşdırmır. O, hesab edirdi ki, dünyanın həqiqi mahiyyəti həm elm, həm də fəlsəfə üçün dərkedilməzdir. Bizim idrakımız həmişə nisbidir, təcrübə ilə məhdudlaşır.
Özünün təkamül qanununa əsaslanan Spenser hesab edirdi ki, həyat özünün bütün ali, daha mürəkkəb psixoloji və sosial təzahürlərində nəticə etibari ilə təbii qanunlar ilə idarə olunur.
Amerika sosioloqu və filosofu T. Parsons (1902-79) yazırdı: "Spenserin Allahı, bəzən tərəqqi də adlandırdığı təkamüldür". "...O, inanırdı ki, insan əsrlərin dərinliyindən, ibtidai insanın yarandığı zamandan başalayan xətti prosesin zirvəsinə doğru fasiləsiz və dönmədən yaxınlaşır. Spenser hətta inanırdı ki, ona müasir olan Qərbi Avropadakı industrial cəmiyyət artıq həmin ən yüksək nöqtəyə yaxınlaşır. O və həmfikirləri əmin idilər ki, bu proses sonsuz olaraq davam edəcəkdir."
Spenserin bütün sosial-fəlsəfi nəticələri onun hələ Çarlz Darvindən (1809-82) çox əvvəl müstəqil olaraq işləyib hazırladığı təkamül nəzəriyyəsinə əsaslanır. Cəmiyyətin təkamül nəzəriyyəsi təbiət fəlsəfəsinin tərkib hissəsidir, çünki sosial təkamül bütün Kainatın tabe olduğu böyük prosesin bir hissəsidir.
Mənbə: Yusif Rüstəmov "Fəlsəfənin əsasları" kitabı

Comments
Post a Comment