Elmi-fantastik gələcək: "Transcendence" və "İnterstellar" filmləri


Elmi məzmunlu film həvəskarlarına izlədiyimiz iki film haqqında aldığımız təəssürat və gəldiyimiz qənaətlərlə birgə, ümumi məlumatı sizlərlə bölüşürük.

Beləliklə, ilk film: Transcendence ( Azərbaycanca - "Yüksəliş", türkcə - "Evrim" ) - Baş rolda Conni Depp (Jonny Depp) və Morqan Friman (Morgan Freeman) kimi aktyorların rol aldığı filmin sloqanı "Dr. Bill Chaster dünənə kimi insan idi..." başlığındadır. Nanotexnologiyanın inkişafı ilə öz üzərində düşüncə və hissiyyat formalaşdıran süni bir zəka yaratmaq istəyən Çester öldükdən sonra da şüurunun yaşantısı ilə dünyanı idarə etməyə çalışır. Lakin bir qrup insan buna qarşı olaraq ona təcavüz edir. Filmin mənə görə ən maraqlı sitatı " İnsanlar anlamadıqları şeylərdən qorxurlar. Qorxu-onların anlamadıqlarıdır..." oldu. Çester süni zəka ilə planetin yaxşılaşması, inkişafı və bütün xəstə insanların tamamilə yenidən doğumlu olması üçün öz hissəciklərini kopya olaraq bütün bioloji aləmə yaymağa çalışır. Ümumilikdə məqsəd ekosistemin inkişafını təmin etmək olsa da, bəşərin buna hazırlıqlı olmaması nəticəsində alınmır və virusla o məhv edilir... Burada rəhmətlik astrofizik Stefan Houkinqin sözləri yerinə düşər: "Süni intellekt günəş enerjisi ilə işləyən qurğu qurarkən qarışqa yuvasını uçurmağa bənzər. Özünüzü qarışqa yerinə qoymayın..." Filmdən maraqlı seçdiyim sitatlar: "-Dr.Chaster, siz tanrı mı yaratmaq istəyirsiz, öz tanrınızı? Maraqlıdır, onsuz da insan oğlu bunu hər zaman etmir mi?... Ölü adam olacağımı bilsəm belə, onun üçün darıxacağımdan qorxuram... Həyatdakı tək qorxum itirməkdir. Əgər alınsaydı olduğumda son an, gözlərində son baxış, bu sonun mümkünatı və sənin üçün çox darıxdım.. Qaranlıq..əzabı xatırlayıram, amma nə demək istədiyimi yox... Texnikalar insanlar yardım etməli, önlərinə keçməməlidir... "

İkinci film: İnterstellar (Ulduzlararası) - Kristofar Nolanın rejissorluğu, Conatan Nolanın ssenarisi və Kip Tronun elmi işlər əsasında, ABŞ istehsalı filmdi. Premyerası 4 noyabr 2014-cü ilə təsadüf edir. Kinoda tədqiqatçılar qrupu başqa qalaktikalara uçurlar (zaman və məkan tunelləri sayəsində). Baş rolda Metyu Makkonaxi, Enn Hetuey, Jesika Çesteyn, Maykl Keyn,
Keysi Afflek, Bill İrvin kimi aktyorlar rol alıb.

Məhv astanasında olan dünyanı xilas etmək üçün Astronavt Kuper kosmosa səyahət etməlidir. Lakin üzvü olduğu qrupun geri dönəcəyi sual altındadır. Səyahət zamanı meydana çıxan çətinliklər iki seçim imkanı qoyur: ya özlərini məhv edərək bəşəriyyəti və insan növünün davam etməsini təmin etmək, ya da geri dönərək uşaqlarını görmək... Özüm də daxil kvant fizikası və nisbilik nəzəriyyəsi baxımdan film müəyyən yerlərdə çətin anlaşılır bir qədər qədər, lakin əsas fikir fəzada müxtəlif zaman kəsimi və cazibə qüvvəsinin olması və bununla da müxtəlif sivilizasiya ocaqlarının ola bilməsi ehtimalı. Son olaraqsa qara dəlikdən keçmə və övladlarının Kuperə 23 il ərzində yazdıqları məktubları olan hissə daha təsiredicidir.. Atasının istəyini qızı Mörfi yerinə yetirir, formulu isə; Sevgi. "Ölü insanları niyə sevirik?! Bunun sosioloji bağlılıqdan açıqlaması yox..." Filmin sloqan sözü mənim üçün bu oldu " Elm bilmədiyimiz şeylərin olduğunu qəbullənməyimizdir...". Digər maraqlı fraza: "Hiss edirsən mi; Yaşamaq instinkti. Hər birimizi o idarə edir. Və bizləri o qurtarır. Çünki hamımızı qurtarmaq istəyir... " Filmin ən təsiredici anı isə tək bir doğma fərd, yoxsa ümumun xilası arasında qalma fikridir. Bəlkə də, hər kəsin xilası üçün hansısa qurbanlara dəyər deyə subliminal mesajlar verilir burada.. Ümumilikdə, indiki anda nə qədər utopik görünsə belə, elmin bilginsizlikdəm bilginliyə doğru irəliləyiş olduğunu və hazırki mövcud bir çox şeyin zamanında mümkünsüz qəbul edildiyini nəzərə alaraq hipotezlərin reallaşa biləcəyini hər zaman göz özünə almaq lazımdır. Daha dəyərli bir yaşamın reallaşacağı ümidilə! :)

Comments