Böyük ispan filosofu Orteqanın (1883-1955) ideyaları həyat fəlsəfəsi, fenemenologiya və ekzistensializmin qovşağında yaranır və spesifik ispan şəraitindən, siyasi görüşlərindən və hətta mütəfəkkirin şəxsi metodlarından kənara çıxır və univrtsal xarakter daşıyır. Bu ideyalar müasir Qərb filosoflarının çoxuna böyük təsir göstərmiş və göstərməkdə davam edir.
Orteqa fəlsəfəsinin mərkəzində tarixi inkişaf prosesinə qərq olmuş insan dayanır. Onun təklif etdiyi "həyati ağıl" nəzəriyyəsi (rasiovitalizm) Avropa mədəniyyətinin mürəkkəb şəraitində yaşayan müasir insana yol göstərmək istəyidir. Bu nəzəriyyənin yaradılmasına Husserlin fenemenologiyasının böyük təsiri olmuşdur. O, yazırdı: "Mistiszmdən fərqli olaraq fəlsəfə - elan edilməmiş sirr olmağa çalışır."
Orteqanın əsas formulu belə səslənir: "Mən" - "Mən"əm və mənim vəziyyətimdir". Birinci "Mən" "insan həyatının radikal reallığıdır" və burada bütün başqa reallıqlar "kök salıbdır". İkinci "Mən" - klassik fəlsəfədəki şüur; subyektdir. O, deyirdi: "Təfəkkür fenomeninin... iki tərəfi var: bir tərəfdən o fərdin həyati zərurəti kimi meydana gəlir və subyektin fayda qanunu ilə idarə olunur, başqa tərəfdən təfəkkür şeylərə dəqiq uyğunlaşmaqda yerləşir və onu həqiqətin obyektiv qanunu idarə edir."
Orteqa bəşəriyyətin keçdiyi inkişaf mərhələlərini ümumiləşdirərək yazırdı: "Nəticə: bütün insan tarixi boyunca getdikcə daha mürəkkəb və məzmunlu formalarda dövri olaraq üç müxtəlif an təkrar olunub: 1. İnsan maddi dünyada başlı-başına atıldığını hiss edir. "Bu - özünü özgələşdirməkdir." 2. Böyük səy göstərməklə insan öz daxili aləminə çəkilir, şərait üzərində hökmranlıq etmək məqsədi ilə onun haqqında ideya yaradır. "Bu - özünü dərinləşdirməkdir..." 3. İnsan artıq hazır plana uyğun olaraq yenidən dünyaya daxil olur. Bu - hərəkət, fəallıq, praksis deməkdir"
Orteqanın fikrincə tarixi süni yolla yaratmaq olmaz, faktları birləşdirən ümumi cəhətləri tapmaq lazımdır. O, demişdi: "Mənim tarixçilərdən yeganı xahişim odur ki, öz elədiklərinə praktiki olaraq həyata keçirdiklərinə ciddi yanaşsınlar, özlərinə heç bir hesaba vermədən tarixi kor-koranə əl ilə quraşdırmaq əvəzinə istənilən məkanda və istənilən zamanda özünü eyni şəkildə göstərən bizim həyatda hansısa ümumi, vahid strukturun mövcudluğu haqqında dəqiq ideyadan çıxış edərək onu şüurlu olaraq quraşdırsınlar."
Fəlsəfəni "elan edilmiş sirr" adlandıran Orteqa insan ruhunu mistsizm baxımdan izah edirdi. O, deyirdi: "Ruh əsl mənada o vaxt mövcud olur ki, dünyasız qalır, ondan azad olur, başqa sözlə, tək qalır. Allaha yaxın olmaq üçün təklikdən başqa vasitə yoxdur, çünki yalnız tənha vəziyyətdə ruh özünün əsl varlığını tapır. Allah və Onun qarşısında tənha ruh..."
Orteqanın fikrincə Şərq ona görə geri qalıbdır ki, orada təfəkkür tərzi həddindən artıq fərdidir, ağıldan daha çox ənənəyə əsaslanır. O, yazırdı: "Şərq adamının təfəkkürü az və ya çox dərəcədə doğru və dərin olmasından asılı olmayaraq heç vaxt subyektdən ayrılmayıb, avropalının şüurundakı fiziki qanuna oxşar aydın, obyektiv mövcudluq qazanmayıbdır. Həddən artıq belə bir fikir var ki, guya Şərqdə həyat Qərbdəkinə nisbətən daha mükəmməldir; lakin Şərq mədəniyyəti bizimkindən açıqca geri qalır - burada bizim "mədəniyyət" termininə verdiyimiz məna daha az dərəcədə həyata keçirilibdir. Avropanın şöhrəti və ola bilsin ki, faciəsi, əksinə, həyatın belə transsendent (red.-əlçatmaz) ölçülərinin bütün nəticələrinin tamamilə axıra çatdırılmasındadır. Şərqdə müdiriklik və əxlaq heç vaxt özünün ənənəvi xarakterini itirməmişdir".
Mənbə: Yusif Rüstəmov "Fəlsəfə tarixində fəlsəfə" kitabı.

Comments
Post a Comment