Şərqin gözəgörünməz terroru: Roza Şanina
"Şərqi Prussiyanın dəhşətli qadını", 19 yaşlı rus snayper Roza Şanina ( Rosa Shanina ). 14 yaşında qaçaq, 19 yaşında"Şərqi Prussiyanın gizli terrorçusu" və 20 yaşında dünyaya gözlərini əbədi yuman gənc qadın... Cəmi 20 yaş və tarixə damğa vuraraq yaddaşlarda əbədi iz qoyan mavi gözlü gözəl və eyni zamanda cəsarətli bu qadını tanımağa dəyər!
1945-ci ilin yanvar ayı idi. Gündəliyində yazdıqlarına görə, sanki güclü bir daxili istək onu cəbhəyə çağırırdı. Roza Şanina müharibədən sonra evinə qayıtmaq, təhsil almaq və ailə həyatı qurmaq istəyirdi. Lakin, əgər məsələ ümumun qurtuluşu idisə, bunun üçün ölümə belə hazır idi. Müharibənin acınacaqlı zamanlarında onun da daxil olduğu 78 nəfərlik tabordan 72 üzvü vətən yolunda canını qurban vermişdi. Şanina da öz ölümünün yaxında olduğunu bilirdi. Lakin ali ideal fərdi həyatı da üstələyirdi...
Ev hazırlıqlı Snayper...

Roza 17 yaşında ikən könüllü olaraq cəbhəyə yazılmağa yollandı. Bu zaman 19 yaşlı qardaşı Mixail (Michail) Leninqrad vuruşmasında həyatını itirir. Rozanı cəbhəyə qəbul etmirlər, lakin o geri çəkilmir və fərdi olaraq atəş təlimlərinə başlayır. 2 il sonra gözlədiyi an yetişmişdi: Roza artıq yetkin əskər idi!
Qadınların kişilərə nisbətdə soyuq və stressə daha dözümlü olduğunu nəzərə alan Sovet İttifaqı, 1942-ci ildə qadınlar üçün də hərbi çağırış elan etdi. Bir neçə cəhddən sonra, 1943-cü ildə Mərkəzi Qadın Snayper Akademiyası'na qəbul edilən Roza, qısa bir müddət ərzində akademiyanın əsas simalarından birinə çevrilir. 3-cü Belarus cəbhəsində göstərdiyi xidmətlərə görə şərəf medalına layiq görülüb. Uğurları sayəsində adından söz etdirən Rozanı “Şərqin gözəgörünməz terroru” adlandırıblar. Həmçinin Roza, Sovet İttifaqının ilk qadın snayperi adını da qazanır.
Rus gözəli cəbhədə...

Fəaliyyəti boyunca gündəlik yazan Roza həm müharibə, həm də şəxsi həyatından qeydlər aparıb. Belə ki, Nikolay adında sevgilisi olan Roza evlilik haqqında düşünməyə zamanı olmadığından, buna görə tək bir məqsədə xidmət etdiyindən bəhs edib.
Müharibənin ilk dövrlərində qadınların birbaşa ön cəbhədə döyüşməsinə icazə verilmirdi. Baqrasiya (Baqration) əməliyyatının başlaması ilə qadın snayperlərin geri çəkilməsi əmrinə əhəmiyyət verməyən Roza orduda könüllü xidmətini davam etdirib. Ön cəbhəyə göndərilmə istəyi rədd edilən Roza, əmrlərə məhəl qoymayaraq gizlincə cəbhəyə yollanır. Əsas dəstələrdən birinin üzvü olmaq istəyən Roza bununla bağlı İosif Stalinə iki dəfə məktubla müraciət də edib. Fəaliyyəti ilə özünü sübut edincə, cəbhəyə gedə bilmək üçün rəsmi icazə ala bilir.
Sovet güclərinin aciz vəziyyətdə olduğunu görüncə, qadınlar Rozadan örnək alaraq bir andaca cəbhəyə qatılmağa başladılar. Artıq ön cəbhədə, döyüşün ən qızğın yerlərindəndə qadınları görmək olurdu..
Özünün də olduğu 12 nəfərlik qadın snayper dəstəsinə, təxminən 50 nəfər tərəfindən təcavüz edildiyi anları xatırlayan Roza, baş verənləri belə təsvir edir:
" Bəziləri bizim yaxşı nişan alınmış güllələrimizdən öldü, bəzilərinin də işini süngü və əl qumbaralarımızla bitirdik. Bir qisminin də qollarını bağlayaraq əsir götürdük ". Döyüş zamanı Roza düşmən snayperi tərəfindən çiynindən vurularaq yaralanır. Lakin əməliyyat edildikdən az sonra Roza, cəbhəyə geri dönür.
" Şərqi Prussiyadakı Rus qız "

US News' un 1944-cü il sentyabr saylı buraxılışındakı bir məqalə "Şərqi Prussiyadakı dəhşətli qadın" başlığı altında Roza Şaninaya həsr edilmişdi.
Son döyüşdə Roza yaralı vücudu ilə bir topçunu qoruyub və elə orada yarımcan halda tapılıb. Bağırsaqları xaricə çıxmış və sinəsi darmadağın olmuş snayperi əməliyyat etsələr də, həyatını xilas etmək mümkün olmayıb.
Roza Şanina öldüyü günə qədər, bəzi mənbələrə görə 54, bəzilərinə görə isə 59 düşmən əskəri öldürməyə müvəffəq olmuşdur. Təbii ki, bu qadına münasibətlər də fərqli olmuşdur. Onun haqqında deyilən ən maraqlı fikirlərdən biriylə tanış olaq:
" Roza Şanina dünyanın ən önəmli qadın snayperlərindın biridir. 20 illik qısa ömründə 54-59 arası qeydə alınan hit saylı insan ölümü. Qanuni cinayət... Qadınların da bacarıqlı bir əskər və cani ola biləcəklərinin bariz nümunəsi... "
Qeyd edək ki, Rozanın ölümndəm sonra qeyd dəftərçələri toplanaraq 1963-cü ildə kitab kimi çap edilib və onun adı Rusiyada bir çox küçəyə verilib. Bu mərd qadın vətəni, yaşadığı torpaqların, insanların təhlükəsiz həyata davam etməsi üçün öz canını fədakarcasına qurban verərək, cəmi 20 illik yaşamı, dərin həyat hekayəsilə xatırlanmağa dəyər bir ad olaraq İkinci dünya müharibəsi tarixində şərəfli və unudulmaz yer tutmuşdur!
PS. Bu yazı müxtəlif mənbələrdən tərcümə və redaktə edilərək, bloqumuz tərəfindən hazırlanmışdır

Comments
Post a Comment