Çe Gevaranın intiqamını 3 güllə ilə alan inqilabçı qadın: Monika Ertl
Bildiyimiz kimi, məşhur Argentina əsilli Kubalı marksist inqilabçı Ernesto Çe Gevara 9 oktyabr 1967-ci ildə Boliviya ordusu tərəfindən ələ keçirilərək edam edilmişdi. Öldürüldükdən sonra Çe'nin əlləri kəsilmiş və bu hadisələrdən məsuliyyətli olan isə Boliviya ordusunda vəzifə tutan Roberto Kvintonilya Pereyra (Roberto Quintonilla) olmuşdur. Beləliklə, bu yazıda bütün dünya inqilabçılarının ən çox nifrət etdiyi insanlar sırasında birincilərdən olan R.K.Pereyranı 3 güllə ilə öldürərək Çe'nin intiqamınə layiqincə alan inqilabçı qadın Monika Ertl haqqında bəhs edəcəyik.
Hər şey bu alman qızın Boliviyaya gəlməsi ilə başladı...
Məhz Çe özü deyirdi ki, " Mübarizənin qadını-kişisi yoxdur, mübarizə cinsiyyətdən asılı olmayan bir müstəqillikdir! " Bu sitat,fikrimizcə, yazıya doğru başlanğıc olmalıdır. Beləliklə, Monika Ertl'i tanıyaq; Alman yeraltı silahlı təşkilatı üzvü olan inqilabçı Ertl, incəsənət tarixində qadınlar arasında sənədli film üzrə prodüser-rejissorların qabaqcıl simalarından biri kimi tanınmışdır.
Alman səyyah, antropoloq, yazıçı və film istehsalçısı Hans Ertl'in qızı olan Monika Ertl 7 avqust 1937-ci ildə Münhendə doğulmuşdur. 1952-ci ildə ailəsi ilə birlikdə Boliviyaya köçür, elə gələcəyin inqilabçı qızcığazının əsl hekayəsi də bundan sonra başlayır... Burada atasının bəzi filmlərində köməkçi olmuş Monika, eyni zamanda silah istifadə etməyi də öyrənir. Həmçinin, Boliviya sənədli film istehlakçısı Xorxe Ruiz ilə çalışır.
İdeoloji olaraq formalaşması...

Bir müddət mədən mühəndisi ilə ailə qurduğundan Çilidə yaşamalı olur. Kaliforniyaya köçmək istəyən Monikanın xəyalları, təəssüf ki, alınmır. Daha sonra, həyat yoldaşından ayrılmalı olduğundan Boliviyaya geri dönür. Bacısı Beatrisin dediklərinə görə, olduqca çalışqan biri olan Monika həm müəllimlik edir, həm də vaxtının qalan hissəsini isə müxtəlif səyahətlər hazırlayaraq uşaqlar üçün yardım toplayırdı. Elə bu səyahətlər zamanı tanış olduğu insanlar Monikanın ideoloji fikirlərini solçu düşüncəyə yaxınlaşdırır.
Radikallaşma vaxtı...

Monika əhalisinin əksəriyyəti yoxsul olan ailələrin naminə çalışarkən gördüklərinin nəticəsində daha da radikallaşır və Gevarist'lərin təşkil etdiyi "ELN"ə (Beynəlxalq Qurtuluş Ordusu) simpatiyası yaranmağa başlayır və təşkilatın Boliviya qanadına qoşulur...
ELN dönəmi...

Çe öldürülməsiylə ELN-ə qatılan Monika burada yerli dillərdə "gənc qız" və ya "dost qız" mənasına gələn "İmilla" ləqəbini qazanır. Siyasi fəaliyyəti səbəbindən atası tərəfindən ailədən rədd edilir. Lakin ailəsi ilə ildə bir dəfə məktub yolu ilə əlaqə yaratmağa çalışan Monika vaxtaşırı deşifrə olmamaq üçün onlara şifrəli məktublar göndərir. Məktublarında ailəsinə çox yaxşı olduğunu və ondan narahat olmamalarını bildirir.
Çe'nin intiqamı...

Yaralı olaraq ələ keçirilməsinə rəğmən edam edilən və daha sonra da əlləri kəsilən Çe'nin intiqamını almaq üçün bütün solçu qruplar can atırdı. Və, təbii ki, ən böyük hədəf də bu edama birbaşa cavabdeh olan Boliviya Ordusu komandirlərindən Roberto Kvintanilya Pereyra idi. Gerilya (Kuba partizanları dəstəsi) düşərgələrində təlim almış Monikanın da tək istəyi Pereyranı layiq olduğuna qovuşdurmaq idi...
Pereyranın qaçışı...

Lakin hadisələr heç də asan məcrada getmirdi. R.Pereyra həyatı qorxusu səbəbiylə Boliviya hökümətindən Almaniyanın Hamburq şəhərinə konsul olaraq göndərilməsini tələb etdi. Təklifin qəbul edilməsi nəticəsində Pereyra yeni vəzifəsinin başına keçdi...
İntiqam vaxtı yetişir...

Hər şeyə rəğmən Pereyranı cəzalandırmağı qərara alan Monika saxta bir Argentina pasportu ilə əvvəlcə İsveçrəyə, oradan da Hamburqa keçir. 1 aprel 1971-ci il tarixində özünün bütün zəriflik və gözəlliyilə Boliviyanın Hamburqdakı konsulluğuna gedir. Özünü əvvəlcə konsul Pereyra ilə görüşmək istəyən Avstraliyalı kimi təqdim edir. Pereyranın otağına girdikdən sonra çantasından olan Revolveri çıxararaq yaxın məsafədən Pereyraya 3 dəfə atəş açar və beləliklə, böyük inqilabçının qisası layiqincə alınmış olur...
Və zərif inqilabçının sonu...

Monika 2 il Fransada qaldıqdan sonra Boliviyada görünməyə başlayır. Burada isə keçmiş gestapo üzvü, nasist cəlladlarından biri, "Lion Qəssabı" ləqəbli və hətta atasının dostu olmuş, Monikanın "əmi" deyərək böyüdüyü, İkinci dünya müharibəsinin bitməsilə Boliviyaya mühacirət etməsindən sonra "Soyuq müharibə" dövründə ABŞ-ın Latın Amerikasındakı sol-inqilabi hərəkatın qarşısını almaq üçün vəzifələnmiş və Boliviya höküməti adına çalışan agentlərdən biri olan Klaus Barbye tərəfindən pusquya düşürülərək 12 may 1973-cü ildə öldürüldü. Və ən acınacaqlısı isə, atasının tələbi ilə cəsədi hər kəsdən gizlin bir yerdə basdırıldı...
Lakin tarix heç bir inqilabçını unutmamışdır! Fərdi həyatını bəşər və onu əhatə edən cəmiyyətin xeyri naminə çalışan insanlar gec-tez tarix səhnəsində haqlı qiymətini almışdır. Janna Dark, Şandor Petefi, Corc Bayron, Əli Şəriəti, eləcə də, Çe Gevara kimi üsyankar ruhlu inanlar hər zaman beyinlərdə yaşamış və yaşayacaqdır! Məhz sonucunun dediyi kimi; "Bir çiçəyi öldürə bilərsiniz, baharı isə əsla!.."
Əlavə olaraq qeyd edək ki, Monikanın ölümündən sonra alman jurnalist Yürgen Şreyber (Jürgen Schreiber) "Sie Starb Wie Che Guevara Die Geschichte der Monika Ertl" (Çe Gevara kimi ölən Monika Ertl) adlı litabı çap edilmişdir.

Comments
Post a Comment