Rey Charles Robinson

                            Image result for Rey Charles Robinson
Amerikalı piano musiqiçisi, ritm və blues sənətçisi. Rey Çarlz ABŞ - ın Corcia ştatında anadan olmuşdur. Beş yaşında olarkən kiçik qardaşı Corc hovuzda boğularaq ölmüşdür. Bu hadisədən bir neçə il sonra, Rey yeddi yaşında ikən görmə qabiliyyətini itirmişdir. ( lakin heç bir zaman tamamilə kor olmamışdır ) Təhsilinə Florida ştatının ' Lal və korlar məktəbi ' ndə davam etmişdir. Burada kor əlifbasını və instrumental ifanı öyrənərək musiqi həyatına qədəm qoymuşdur. Məktəbi bitirdikdən sonra musiqiçi olaraq işləməyə başlayır. Qısa zaman ərzində bir çox insanın sevimlisinə çevrilməyi bacarır. ' Atlantic Records ' un sahibi Ahmet Ertegün' ün də xidmətləri sayəsində şöhrətə çatmışdır.

Əslində, Rey Çarlzın musiqi həyatı 7 yaşı olarkən dostlarından birini qısqanması ilə başlamışdır. Daha sonra qardaşını itirməsi ilə Rey' in musiqiyə olan marağı daha da artır. Bir müddət narkotik asılılığı problemi ilə üzləşmiş, lakin bu asılılıqdan qurtula bilmişdir.

2004 - cü ildə Rey Çarlz' ın həyatından bəhs edən " Rey " filmi çəkilmişdir. Filmdə Rey Çarlz rolunu Ceymi Foxx canlandırıb. Ceymi Foxx bu filmdəki ifasına görə 2005 - ci ildə ' Ən yaxşı kişi aktyor ' nominasiyasında Oskar mükafatı qazanmışdır.
                            Image result for Rey Charles Robinson
                            Rey Çarlz Robinson prezident Riçard Niksonun qəbulunda.

Comments