Venesiyalı tacir və səyyah. 15-ci əsrdə Hindistan, Şərqi Asiya və Şərqi Çinə səyahətlər etmişdir. Marko Polonun Çindən geri qayıtmasından sonra buraya səfər edən ilk Avropalı olmuşdur.
Nikolo 1419-cu ildə Venesiyadan Şam şəhərinə gedərək, orada Ərəb dilini öyrənmişdir. 25 il ərzində Asiyada müsəlman taciri kimi müxtəlif yerlər gəzmişdir. Mükəmməl dil bilgisi və İslam mədəniyyətini mənimsəməsi sayəsində müsəlman tacirlərə aid gəmilərdə səyahət etmişdir.
Nikolanın səyahətləri Çinli admiral Zheng He' nin donanmasının səfərləri ilə eyni vaxta təsadüf edir. Hətta müəyyən vaxtlarda bu donanmada ( donanma ilə birgə səfər edən ticarət gəmilərində ) səyahətinə davam etmişdir. Donanmayla birlikdə gəzdiyi yerlərə aid söylədikləri məlumatlar Ma Huan ( 1433 ) və Fei Xin ( 1436 ) kimi, həmin donanmada səyahət edən tarixçilərin söylədikləri məlumatlarla üst - üstə düşür.
Səyahətləri.Konti Bağdada, oradan da Bəsrəyə səfər etmişdir. İran körfəzindən dəniz yoluyla səyahət edərək İrana getmiş və orada fars dilini öyrənmişdir Ərəb dənizindən keçərək Qucarata getmiş, daha sonra Dekan yaylasındakı Vijayanagar`a, oradan da Hindistanın şərq sahilindəki, hazırda Chennai şəhəri olan Maliapura getmişdir. 1421 - ci ildə Nikolo Sumatra adasına gedərək orada bir il qalmışdır. Bu vaxt ərzində qızıl və istiot ticarəti ilə məşğul olmuşdur. Daha sonra Malaya yarımadasına, oradan isə Qərbi Benqala keçmişdir. Birma' dan sonra Java' ya gedən Nikolo burada 9 ay qaldıqdan sonra, hazırda Vyetnam adlanan "Chompa"ya keçmişdir. Nikolo, qeydlərində Şərqi Asiyanın siyasi, iqtisadi, mədəni səviyyə və ehtişam olaraq İtaliyadan qat - qat yüksək olduğunu bildirmişdir. 1440 - cı ildə Hindistana qayıtmışdır. Burdan isə Aden, Somali, Ciddə və Misirə doğru səyahətlər etmişdir. Hindistanda tanış olduğu və evləndiyi qadın sonradan Misirdə yayılmış dəhşətli xəstəlikdən vəfat etmişdir. 4 uşağıyla birlikdə İtaliyaya geri dönmüşdür. 1444 - cü ildə Venesiyaya gedərək orada məşhur bir tacir kimi həyatına davam etmişdir. Səyahətləri boyunca həyatını qorumaq məqsədi ilə özünü müsəlman kimi tanıtmışdır. Dini mənşəcə mənsub olduğu Xristianlığın əsaslarının bu cür aşkar şəkildə pozulmasından sonra, Papa IV Yevgeni tərəfindən hüzuruna çağırılmışdır. Nikolo Papanın şəxsi katibi Paggio Bracciolini ilə görüşüb vəziyyəti izah edir. Qələmə almış olduğu yazılı əsərləri 15-ci əsrdə yazılmış olan ən mühüm səyahət əsərlərindən hesab olunur. "Səyahətnamə" əsərindəki qeydlərdən Avropanın həmin dönəmdə Hind okenanı haqqında ilk məlumat mənbəsi kimi istifadə edildiyi söylənilir. Marko Polo' nun qeydllərindən sonra bölgəyə dair ətraflı məlumatlar dövrün elm adamlarını maraqlandırmış, verilən bilgilər sayəsində zamanın məşhur xəritəsi olan Frau Mauro xəritəsinin yaranmasına zəmin olmuşdur. N. Kontinin xəritə sahəsində təsiri Genuya xəritəsi ( 1447 - 1457 ) və Fra Mauro xəritələrində ( 1457 ) hiss edilir. Xüsusilə, Frau Mauro xəritəsi ozamankı dünya haqqında çox tutarlı mənbədir. Bu xəritələrdəki yer adları dəqiqliklə Kontinin qeydlərindən götürülmüşdür. Keşiş Mauro, hazırladığı xəritədə haqqında məlumat verərkən bəhs etdiyi etibarlı mənbə Konti yə işarədir. Bundan başqa Afrikanın ən uzaq şərq nöqtəsi olan Ümid Burnunun da 1420 - ci ildə keçilməsinə dair məlumatın da Konti' dən gəldiyi düşünülür. Maraqlı fakt olaraq qeyd edək ki, həvəskar ingilis tarixçisi olan Kevin Menzes "1421" adlı əsərində Ümid Burnunu keçənlərin Admiral Zheng He`nin başçılıq etdiyi Çin donanması olduğu fikri irəli sürülmüşdür. Konti qeydlərində Çin donanmasının, o dövrdəki Avropa donanmalarından çox irəlidə olduğunu yazır. Həmçinin 2000 ton ağırlığında və Avropadakından 4 qat böyük nəhəng gəmilərdən bəhs edir: "Bizimkilərdən daha böyük, 2000 tonluq, 5 dirəkli gəmilər hazırlayırlar. Göyərtənin alt hissəsi üç qatdan hazırlanır, bunun nəticəsində tez - tez baş verən fırtınalara tab gətirə bilirlər. Gəmilər çoxlu sayda kompartmandan hazırlandığı üçün hər hansı birinin zərər görməsi bütün gəmini həyəcanlandırmışdır". Paulo del Potso Toskanellinin 1474-cü ildə Xristofor Kolumba yazdığı məktubda qeyd etdiyi "Cathaydan gələn" şəxsin Nikolo de Konti olduğu ehtimal edilir. Konti' nin İtaliyaya qayıtmasından sonra, 1444 - cü ildə Papa Yevgeni tərəfindən hüzuruna çağrıldığı söylənilir: "Yevgeni dövründə onlardan bir nəfər (Çindən gələn heyyətin bir üzvü) Papanı ziyarətə gəldi. Çinlilərin xristianlara qarşı kübar rəftarından bəhs etdi. Mən də şəxsən özü ilə danışmaq şansı əldə etdim. Gəzdikləri yerdə təxminən 200 şəhərin yerləşdiyi bu şəhərlərin geniş mərmər körpülərlə bir - birinə bağlandığını qeyd etdi. Dediyinə görə, Çin ölkəsi Latınlar kimi kəşf edilməyə dəyər bir ölkədir, çünki, bu ölkədən əldə ediləcək və bizə çatacaq qızıl, gümüş, dəyərli əşyalarla yanaşı, filosof və mütəxəssis astronomlarından da öyrənəcəyimiz çox şey vardır. Həmçinin bu qədər möhtəşəm bir dövləti idarə etməyin də yollarını və döyüş texnikalarını mənimsəməyimiz xeyrimizə olacaqdır". Kontinin yazdığı əsər müxtəlif səyahətçilər tərəfindən istifadə edilmişdir. Bunların arasında Lüdovik di Varthema (1510) və F. Magellan ilə birlikdə dünya ətrafına səyahət edən Antonio Pigafetta vardır.
"Səyahətnamə"nin nəşrləri.Əsərin ilk nəşri 1492-ci ildə orijinal olaraq latın dilində Kristoforo de Bollate tərəfindən hazırlanmış və Hindistana yola düşən Pyetro Kara' ya ithaf edilmişdir. Bundan sonra bir çox dillərə tərcümə edilmişdir; 1502-ci ildə portuqalca, 1503-cü ildə isə ispanca yayımlanmışdır. İtalyanca ilk nəşr isə 1550-ci ildə Covanni Battista Ramusio tərəfindən portuqalcadan tərcümə edilərək hazırlanmışdır. İngiliscə ilk nəşr isə 1579-cu ildə ispan nəşrindən tərcümə edilərək, Con Trampton tərəfindən hazırlanıb, bu kitabda Kontinin səyahətləri ilə Marko Polonun səyahətləri bərabər şəkildə danışılır
İstifadə edilmiş mənbə:https://en.wikipedia.org/wiki/Niccol%C3%B2_de%27_Conti
Comments
Post a Comment