Məşhur Norveçli səyyah Tur Heyerdal ( Thour Heyerdahl ) ın və səyahət yoldaşlarının 1947 - ci ildə Cənubi Amerikanın qərb sahillərindən Tahiti' nin şərq adalarına doğru səfərlərində istifadə etdikləri sal ( kiçik gəmi ).
Heyerdalın məqsədi keçmiş dövrlərdə Amerikada yaşayan insanların okeanı salla keçərək Polineziya' da koloniyalar qurması ehtimalını sübut etmək idi. Heyerdal, yoldaşlarıyla birlikdə ' Callao ' ( Peru ) da yetişən ' bolsa ağacı ' kötüyündən hazırladığı və əfsanəvi İnk tanrısı ' Kon - Tiki ' adını verdiyi bu salla 4,300 mill məsafədə olan yolu 101 günə qət etmişdir. Kon - Tiki bu gün Oslo' da eyni adlı muzeydə nümayiş etdirilir.
" Kon - Tiki " ( kitab ). Tur Heyerdal' ın müəllifi olduğu, bəhs edilən səyahət haqqında sənədli əsərdir. 1950 - ci ildə nəşr edilmişdir.
" Kon - Tiki " ( film ). Həmin səyahət haqqında 1950 - ci il tarixli, Norveç istehsalı olan ağ - qara rəngli sənədi filmdir. 1951 - ci ildə ' Ən yaxşı sənədli film ' nomimasiyasında
" Kon - Tiki and I " ( Kon - Tiki və Mən ). Erix Hesselberqin 1994 - cü ildə yazdığı kitab.

" Kon - Tiki revisited ". Robert Lenqdon' un 2009 - cu ildə müəllifi olduğu kitab.

" Kon - Tiki man; an illustrated biograpy of Thour Heyerdahl " ( Kon - Tiki adam; Tur Heyerdalın macəralı bioqrafiyası ). Tur Heyerdal və Kristofer Rollinq tərəfindən 1991 - ci ildə yazılmış kitab.

" Senor Kon - Tiki; the biography of Thor Heyerdahl " ( Cənab Kon - Tiki; Tur Heyerdalın bioqrafiyası ). Arnold Yakobi' nin 1967 - ci ildə yazmış olduğu bioqrafik əsər.

Comments
Post a Comment