
Pallas de la Frontera' da doğulmuş ispan dənizçiləri və səyyah qardaşlar. Xristofor Kolumbun ' Yeni Qitə ' yə doğru ilk səfərinə Martin Alonso, Fransisko Martin və Vinsente Yanez adlı üç qardaş da qatılmışdır. Pinzon qardaşları tədqiqatçılar tərəfindən bu tarixi səyahətin önəmli siması olaraq qiymətləndirils
Pinzon qardaşları İspaniyanın Palos de la Frontare qəsəbəsində anadan olublar. Ən böyük qardaş olan Martin Alonso Pinzon 1441, ən kiçik qardaş Vinsent Yanez Pinzon isə 1460 - cı il təvəllüdlüdür. Qəsəbələrində dənizçilik və balıqçılığı öyrəniblər. Qısa vaxt ərzində uğurlu dənizçi olmağı bacarıblar. Bu qabiliyyətləri sayəsində balıqçı kimi təcrübə və şöhrətləri artmışdır.
15 - ci əsrdə Kastiliya və Araqon Krallıqları İber yarımadasının Rekonkistasını ( yəni yenidən fəthi ) tamamlayarkən artıq hədəflərində olduqca mənfəətli olan istiot ticarətinə yönəlmə planları vardı. Bunun üçün də Hind adalarına məsrfəsiz şəkildə çata bilmək üçün dəniz yolu axtarışına başlanılır. Başlanacaq səfər əvvəlcə uğursuz olaraq dəyərləndirilsə
Kolumb ilə birlikdə
Tarixi səyahət 3 avqust 1492 - ci ildə başlayır. Kolumb səfərdən öncə aylarla davam edən hazırlıqlar ərzində gəmi heyətinin tərtibatı məsələsində misilsiz köməkləri dəyən Pinzon qardaşlarına borcunu önəmli öhdəliklərlə ödəyir. Martin Pinta'nın, Visente isə Nina gəmisin kapitanı təyin olunur. Fransisko isə Pinta'nın ikinci kapitanı olur. Yola düşən gəmilər əvvəlcə Konor adalarına çatırlar. Buradan qərbə doğru istiqamət götürən üç gəmidən ibarət filo bir ay sonra Yeni Qitə' də San - Salvador adasına ayaq basırlar. Ancaq səfər çox gərgin keçmiş, heyyət üzvləri quruya çatmadan bir neçə gün əvvəl üsyan etmişdir. Buna baxmayaraq 12 yanvar 1492 - ci ildə sağ - salamat adaya qədəm qoyurlar. Burada qalınan müddət ərzində Kolumbun rəhbərlik etdiyi Santa - Mariya adlı kapitan gəmisi qayalıqlara toqquşaraq batır. Yeni Qitə' də bir neçə ay qaldıqdan sonra Kolumb və Pinzon qardaşları İspaniyaya geri dönürlər. 1493 - cü ilin martında İspaniyaya çatan səyyahlardan təkcə Kolumb qəhrəman kimi qarşılanır. Krallıq tərəfindən zəngin həddiyələrlı təmin edilir. Göstərdikləri canfəşanlığın əvəzində haqlarının tapdalanmasına qarşı Pinzon qardaşları etiraz etsələr də, məsələnin böyüdülməsinə yol verilmir.
İspaniyaya qayıtdıqdan sonra.
Yeni qitənin kəşfindən sonra İspaniyaya geri dönən səhyahlardan Martin Alonso Pinzon çox çəkmədən vəfat edir. Bəzi versiyalara görə, Kolumbun Martin Alonsonu səfərdən əldə edilən qənimətin bölüşdürülməsi zamanı çıxan mübahisə nəticəsində öldürüldüyü deyilsə də, bu barədə heç bir maddi sübut yoxdur.
Martinin ölümündən sonra Visente başqa səfərlərə çıxmışdır. 1499 - cu ildə Cənubi Amerika ətrafı torpaqları kəşf etmiş, 26 oktyabr 1500 - cü il tarixində Braziliya sahillərinə çıxmışdır. 1494 - cü ildə Papa'nın səyi nəticəsində Portuqaliya və İspaniya arasında imzalanan ' Tordesillas müqaviləsi ' nə görə İspaniya bu yerlərə iddia etməsə də, Visentenin quruya çıxdığı yerdə qurulan şəhərə onun verdiyi ad olan ' Cabo de Santa Mariya de la Concolacion ' verilmişdir. Bundan başqa Visente Amazon çayını ilk olaraq görmüş və dəniz səviyyəsindən 50 metr yüksəkliyə qədərki şəlaləni kəşf etmişdir. Şəlaləyə ' Rio Santa Maria de la Mor Dulce ' adını vermişdir.
Visente bundan sonra, 1505 - ci ildə Porto Riko valisi olaraq təyin edilir. Üç il ərzində adanın avropalılarla koloniyalılaşdı
Fransisko isə ilk səfərdən sonra İspaniyanın İtaliya və Şərqi Afrikadakı səfərlərinə qatılacaq və Amerika qitəsində unudulacaqdır. Ancaq Kolumbun Yeni Qitə'də tədricən güclənməkdə olan hakimiyyətini qırmaq istəyən İspaniya Kralı Kolumbun 1498 - ci ildəki üçüncü səfəri zamanı Fransiskonun da heyətə daxil olmasını istəyir. Uzun illər sonra Fransiskonun xatırlanması önəmlidir. Fransisko, Kolumbun dördüncü səfərinə də qatılacaq, ancaq səyahət sırasında xəstələnərək həyatını başa vuracaqdır.
Qardaşların oğurlanmış zəfəri
Kolumbun səfərlərində böyük səylər göstərsələr də, Pinzon qardaşları, demək olar ki, heç tanınmırlar. Kolumb səfərindən başqa, çoxlu sayda səfərlərə qatılan qardaşlar ölkələrinə böyük fayda vermişlər. Hazırda, demək olar ki, tarixin yaddaşından silinmələrinə rəğmən, doğulduqları Palos de la Frontera şəhəri qardaşları qəhrəmanlıq mərtəbəsinə yüksəldərək onlara sahib çıxmışdır.
( Qardaşlara həsr edilmiş abidə Palos de la Frontera şəhərində yerləşir )

Comments
Post a Comment