
Kristofer Corc Lator Vallas ( 1972-1997 ) - afro-amerikan hip-hop ifaçısı, Şərqi Sahil repininƏvə qanqsta-repin ən görkəmli ulduzlarından biri ) Əsasən ' Biggir Smalls ' ( 1975 - ci il istehsalı olan ' Lets's do it Again ' filmindəki rol ) və ya qısaca olaraq ' Biggie, Frank White ' ( 1990-cı il istehsalı olan ' King of New York ' filmindəki baş rol ) və səhnə adı olan ' Notarious B.I.G ' adlarıyla tanınmışdır.
Vallas Bruklin ştatı, Nyu-York şəhərində böyümüşdür. Uşaqlıq illəri 80-ci illərdə ABŞ-da kokain istifadəsinin geniş olduğu dövrə təsadüf edir. Vallas da kiçik yaşlarından narkotik satmağa başlamışdır
.
İlk albomu ' Ready to Die ' 1994-cü ildə çıxdığı zaman Vallas Şərq bölgəsi hip-hop səhnəsində mərkəzi fiqura çevrildi və Qərb bölgəsi repçilərinim piyasaya hakim olduğu dövrdə diqqətləri Nyu-Yorka çəkdi. Növbəti il Vallas uşaqlıq dostlarının yaratdığı ' Junior M.A.F.İ.A ' qrupu ilə daha bir uğurunu qazanmış oldu. İkinci studio albomunu çıxardığı zaman Vallas Şərq bölgəsi - Qərb bölgəsi hip-hop davasına böyük ölçüdə daxil oldu.
Vallas 9 mart 1997-ci ildə Los-Ancelesdə sui-qəsd nəticəsində öldürüldü. Nyu-Yorkun rep kral'ının ölümündə şübhəli tərəflər kimi LAPD - nin ( Los-Anceles Polis Departamenti ) üzvləri, quldur dəstələri və sənətdə rəqibi olan və ondan 7 ay əvvəl ölmüş Tupak Şakur'un adamları göstərilir. Ölümündən əvvəl "Ready to Die" ölümündən sonra isə "Life after Death" albomlarına müəlliflik etmişdir.

İki disklik albom olan ' Life After Death ' 15 gün sonra dövriyyəyə çıxdı 2000-ci ildə gümüş plak qazandı ( bu dərəcəni alan 3 hip-hop albomundan biri olaraq tarixə keçmişdir )
Vallas ' gövşək, bəsit floubri ', yarı abtobioqrafik və hekayə söyləmə qabiliyyəti ilə məşhur olmuşdu. Ölümündən sonra daha iki albomu yayımlanmışdır.

Comments
Post a Comment