
Foto İsveçrənin Lüzern şəhərində çəkilmişdir.
Bazeldə dərs dediyi universitetdən ayrıldıqdan sonra Fransa,İtaliya və İsveçrəni gəzən Nitsşe,Lüzern şəhərində dostu Paul Ree-nin vasitəsi ilə 21 yaşlı rusiyalı Lou Salome ilə tanış olur.Ree və Nitsşe onunla bərabər (bəzən də təkbaşına) gəzintilərə çıxar və fəlsəfi müzakirələr edərdilər.Sonralar Ree və Nitsşe (bir-birlərindən xəbərsiz) Lou-ya aşiq olduqlarının fərqinə vararaq evlənmək təklifi etməyi düşünürlər.Nə yazıq ki,Nitsşe gülünc bir xəta edərək,Ree-yə onun adından Lou ilə danışmasını xahiş edir.
Fotoda bu üç insandan hansının mövcud vəziyyətə hakim olduğu aydın olaraq sezilir.İki hisslərinə qapalı olan insan - Ree və Nitsşe at arabasına bağlıdırlar; arabanın içində olan Lou Salomenin əlində isə qamçı olduğu diqqəti cəlb edir.Sonda üçü də bu tragekomik eşq münasibətinin artıq ayaqda dura bilməyəcəyini başa düşərək ayrılırlar.Nitsşe bu hadisədən sonra 'Bu axşam dəli olana qədər morfin qəbul edəcəm' deyə qeyd edir.
Əlavə olaraq qeyd edim ki,Lou Andreas Salomenin Ziqmund Freyd ilə də yaxın dostluq münasibəti olmuşdur.
Comments
Post a Comment