Domino effekti,Asiya qitəsində Çinin kommunist rejiminə keçməsi ilə reallaşması gözlənilən bir vəziyyətdir.
Domino daşlarının bir-birinə dəyib aşdıqlarında sıra ilə yanlarındakı daşları da uçurmaları nəticəsində, oyundan təsirlənərək ABŞ-lı siyasətçilərin ' Soyuq müharibə ' dövründə bir ölkənin kommunist rejiminə keçməsi ilə qonşu ölkələrdə də kommunizmin yayılmasına səbəb olacağı fikrini müdafiə edən bir nəzəriyyədir.
Çində 1949-cu ildə kommunist rejiminin qurulması, 1950-ci ildə Koreya müharibəsinin meydana gəlməsi və 1954-cü ildə Vyetnam kommunist ordusu Viet Minh'in Hind-Çində hakim qüvvə olan Fransanı məğlub etməsi nəticəsində Vyetnamın şərqində kommunist rejiminin qurulması ilə ABŞ-da kommunizmin bir ölkədən digərinə sıçrayaraq bütün Asiyaya yayılacağı zənnini yaratdı.
Həmin dövrdə ABŞ prezidenti olan Duayt Eyzenhauer 7 aprel 1954-cü il tarixində etdiyi mediya açıqlaması ilə bu problemə dair ilk dəfə rəsmi münasibət bildirmiş oldu. Bu da Koreya müharibəsində olduğu kimi ABŞ müdaxilələri üçün bir bəhanə yaratmasına gətirib çıxardı. Digər tərəfdən SSRİ və kommunist rejimli ölkələrə yönəlikli çeşidli hərbi, siyasi iqtisadi yardım edən ' Beynəlmiləl siyasət ' də bu şəkildə ABŞ-ın xarici siyasətində önəmli bir yer tutmasına şərait yaratmış oldu.
Lakin digər tərəfdən Vyetnam müharibəsində ABŞ-ın uğursuzluğa uğraması nəticəsində əvvəlcə Şərqi Vyetnam, sonra da Laos və Kamboca kommunist rejimlərə keçsə də gözlənilən domino effekti meydana çıxmamış və kommunizmin Asiyada yayıldığı ölkələrin siyahısı bununla da kiyayətlənməli olmuşdur.
Comments
Post a Comment