"İnsan daim nəsə istəyəcək, dünya ona; daha sənə verəcək heç nəyim yoxdur, deyincəyə qədər..."
"Apokalipsis" filmi (Apocalypto) - Amerikalı kinoaktyor və rejissor Mel Gibsonun əməyinin bəhrəsidir. Filmin ssenari müəllifləri Mel Gibson və iranlı kinomütəxəssis Farhad Safinia olmuşdur.
Film 2006 - cı il istehdalıdır. Əsas mövzusu Mayyalıların qədim inanclarından bəhs edir. Filmdə istifadə edilən dil hal - hazırda Yukatan yarımadasında 800 000 insanın danışdığı Yukatan Mayyacasıdır.
Film Mayyalıların doğma kəndlərində xoşbəxt yaşamının təsviri ilə başlayır. Həyat mücadilələri, zarafatları, gözlənti və ümidləri tamaşaçıya " Bir - birimizdən heç bir fərqimiz yoxdur " düşüncəsi aşılayır. Lakin kəndə hücum edən bir qrup əsgər kəndi dağıdır və qadınları qul, kişiləri isə maya inanclarına əsasən qurban etmək üçün əsir alırlar.
Filmdə baş rolda Yaquar pəncəsi (aktyor Rudi Yanqblad) adlı yerlilərdən olan oğlandır. Vəhşi əsgərlərin hücumu ərəfəsində hamilə qadınını və övladını quyuya gizlincə yerləşdirərək onları qurtarmaq üçün geri qayıdacağına söz verir. Hadisələrin növbəti gedişatında döyüş zamanı digərləri ilə birlikdə əsir götürülür. Beləliklə, əsirlərin sonlarının necə olacağını bilmədikləri çətin bir səfər başlayır. Filmin tamaşaçını intizarda saxlayan təxminən 40 dəqiqəlik hissəsini əhatə edən bu yolçuluq zikkuratları (dini məbədgah) və insan qurbanı ayinləri ilə məşhur olan Mayya paytaxtına çatmaqla sonlanır. Quraqlığın problem olduğu bölgədə qurban mərasimləri keçirmək adət halını almışdır. Bizim əsir alınan yerliləri də bu aqibət gözləyir. Əsir götürülən qadınlar isə açıq hərracda kölə kimi satılır. Qurban mərasimləri filmin ən təsirli səhnələrindəndir. Əsirlər sırayla qurban verilmək üzərə olarkən, günəş tutulmasını razılıq əlaməti sayaraq kralın işarəsi ilə onları azad edirlər. Ancaq bununla onların həyatları qurtulmur. Bu dəfə bir meydan hazırlayaraq onları arena boyu qaçmağa məcbur edirlər, özləri isə əsirləri müxtəlif döyüş və ov alətləri ilə nişan alaraq vurmaqdan zöv alırlar. Belə oyun əsnasında Yaquar Pou vəhşilərin liderinin oğlunu öldürür. Bundan sonra filmin 2-ci hissəsində vəhşilərin müşayiəti, Yaquarın qurtuluş qaçışı fonunda adrenalin dolu bir mübarizə başlayır. Mübarizənin sonu nə qədər qalibiyyətlə bitsə də, çəkilən əziyyətlər unudulmayacaqdır. Ən əsası isə filmin sonunda ağdərililərin Amerikanı kəşf edən gəmiləri vəhşi torpaqların sahilində görünür.
Film boyu ən əsas lazımlı sual isə sonda eşidilir: Qadın sahildəki gəmiləri görərək; "Onlara doğru getməliyik mi?" - deyə soruşur. Yerli gənc Yaquar isə "Meşəyə doğru getməliyik" deyərək insanı düşünməyə sövq edir.
Ümumilikdə, film dövrün həqiqətlərini həm tarixi kitablara əsaslanan faktlar, həm də dini - mistik baxış bucağından yanaşan ssenari ilə izləniləbiləcək maraqlı və olduğundan da artıq obyektiv bir filmdir.
Filmə dair tənqidlər:
Apokalipsis tarixçilər və Mayya sivilizasiyası ilə maraqlanan insanlar tərəfindən narazılıqla qarşılandı və gerçəyi əks etdirmədiyi söylənildi. Fikirlər isə bu yöndə açıqlanırdı :
Filmdə Mayyalılarən 7 - ci əsrdəki çöküş dövrü əks olunsa da, filmin sonunda Avropalıların gəlməsi tarixi 15 - ci əsrə dayanır.
Filmdə Mayyalılar vəba (taun) xəstəliyinin çarəsi olaraq Tanrılara insan qurban edirlər. Sonda isə Avropalıların gəlməsi təsvir edilir. Halbuki, bu xəstəliklər bölgədə ilk dəfə Avropalıların Amerika qitəsinə gəlməsindən sonra yaranmışdı.
Film insan qurbanına qarşı Avropalıların ədalət gətirdiyi fikrinə malikdir.
Film meşə mayyalılarını vəhşi bir həyat sürən ovçular olaraq tanıdır. Halbuki, əslində onlar ticarət yolları vasitəsilə şəhərlərlə əlaqə saxlayan tacirlər olmuşlar.
Film bir Mayya şəhərinin kralını çox sayda insan qurban edən rəhmsiz bir başçı olaraq göstərir. Fəqət bu, əslində , Asteklərlə əlaqəli bir situasiyadır. Qurban ediləcək insanların öldürülməzdən əvvəl mavi rəngə boyanması da Astek mənbələrində vardır. Mayya mənbələrində isə belə fakta rast gəlinmir. Həqiqətdə isə, Mayya kralları xalqları üçün mədəni və dini, çoxyönümlü rol oynamışdırlar.
Film haqqında digər maraqlı faktlar:
Meksikada yağan aramsız yağışlar filmin relizinin 4 mart
2006-cı il tarixindən 8 dekabr 2006-cı il tarixinə keçirilməsinə səbəb oldu.
Meksika meşələrinin iqlimi çəkiliş komandasını rəqəmsal avadanlıqları gözlənilməz yağmurlardan müdafiə üsullarını düşünməyə məcbur edir.
Əsas rolların əksəriyyətini o vaxtadək kamera görməmiş
Mayya hindularının xələfləri ifa etdilər.
Mifik qəhrəman obrazı üçün kastinq keçirən Mel Gibsonun diqqətini Rudi Yanqblad çəkmişdi.
Şəlalədən tullanma kimi təklükəli səhnəni Rudi Yanqblad sərbəst şəkildə özü yerinə yetirib. O, təhlükəsizlik kəmərinin köməyilə Verakrusdakı binanın 15-ci mərtəbəsindən tullanıb, sonra isə komputer vasitəsilə bu epizodu şəlalə səhnəsinə əlavə ediblər.
Qəhrəmanlar mayya dilinin Yukatan dialektində danışırdılar.
Çəkiliş qrupuna Mayya dili müəllimləri daxil edilmişdilər. Öz replikasını dinləyib tələffüz etmək üçün hər bir aktyorun öz pleyeri var idi.
Çəkilişlər Verakrus və Katemakoda aparılırdı.
Aktyorlar müstəsna olaraq Amerikanın yerli sakinləri idilər. Onların hamısı mayyalı olmasa da, Amerikanın müxtəlif hindu tayfalarının nümayəndələri idilər.
Kastinqlər Meksika, ABŞ və Kanadada keçirilirdi.
Comments
Post a Comment