Musanın Hökmü, Mikelancelo


Renessans və ya "yenidən doğulma" (İntibah) olaraq adlandırılan dönəmdə Qərbdə, xüsusən də İtaliyada incəsənət, ticarət, elm, memarlıq və digər sahələrdə Antik dövr mənbələrinə yenidən üz tutularaq yaradıcılıqda istifadə olunmağa başlanmışdı. Bunun nəticəsində bir çox mənbələr sürətli şəkildə latıncaya çevrilməyə başlandı. Bu "yenidən dirçəlmə" nəticəsində hazırda formalaşmış qərb mərkəzli fikirlər meydana gəlmişdir.

Bax elə həmin dönəmdə, 1505-ci ildə papa II Yuli, Renessansın ən böyük sənətçisi hesab edilən Mikelancelonu (Michelangelo) o dövrə qədər bərabəri olmayan, möhtəşəm ölçü və görkəmdə, öz məzarı üzərində olmasını istədiyi bir heykəl yaratmağı tapşırır. Ancaq işin davamında məzarın da içərisində yerləşəcəyi planlanan San Pietro İn Vinroli bazilikası səbəbindən vəsait sıxıntısı yaşanmağa başlandı. Bundan sonra Romaya qayıdan Mikelancelo maddi məsələlərdə papa ilə anlaşılmazlıq yaşayır. 1513-cü ildə II Yulinin ölümü səbəbilə Mikelancelo məzar abidəsi işini düzəltmək üçün yenidən vəzifələndirildi.

Bir müddətlik fəaliyyətdən sonra məşhur "Musanın Hökmü" əsəri Mikelancelo tərəfindən ərsəyə gətirilmiş oldu. Heykəldə təsvir edilmiş şəxs Musa peyğəmbərdir. Abidə iki qismdən ibarət idi: Üst hissədə Məryəm, İsa və papanın heykəlləri yer almışdır. Alt hissədə isə İnsanüstü bir ölçüdə və oturmuş şəkildə təsvir edilən Musa heykəlinin sağı və solunda, ətraf dünya və daxili aləmə dönüşü təmsil edən, Yaqub peyğəmbərin arvadları olan iki bacı: Lea (Leah) və Raşel (Rachel) heykəlləri də yer almışdır.

Musanın təsviri


Musa tanrının 10 qanunu xalqına çatdırmaq üçün Sina dağına çıxmış və orada 40 gün, 40 gecə keçirmişdir. Şəhərə dönərkən xalqının qızıldan hazırladığı bir buzov heykəlinə sitayiş etdiyini görür. Bu isə onda böyük bir hiddətə səbəb olur.
Mikelancelonun Musası məhz həmin anın təsviridir.

Heykəldə işıq-kölgə oyunları vardır. Musa fiziki olaraq qabardılmışdır. Ümumiyyətlə Mikelancelo heykəllərinin hamısında antik Yunan və Roma dövrünün xüsusiyyətləri gözə çarpır.

 Peyğəmbər acıqlıdır, bununla belə özünə hakim ola bilir. Başı sola doğru çevrilib, üzərində 10 yazılı əmrin olduğu lövhə qoltuğunun altındadır, sağ əli əsəbi bir hərəkətlə saqqalını qarışdırmaqdadır. "David" heykəlində (tərc. - Mikelancelo tərəfindən hazırlanmış digər bir heykəl, dünyada ən böyük heykəllərdən biri hesab edilir) olduğu kimi, burada da qəzəbli baxış, yaxud da bir qədər sonra hərəkətə keçəcək olan sükut ifadə edilir. Heykəl Musa peyğəmbərin az sonra ayağa qalxaraq lövhəni yerə çırpacağı fikrini yaradır.

Və əsas önəmli amil...


Musanın başında iki buynuz təsvir edilib. Bu buynuzlar Renessans dövründə edilmiş "tərcümə xətası"na uğramışdır. Buna görə də italyanlar "Traduttari" (və ya "Tradittori) — "Tərcüməçi xaindir" anlamına gələn ifadəni tez-tez işlədir.

Tərcümədə edilən səhv: ibranicə "keren" kəliməsinin iki anlamı var; işığın əks olunmasıbuynuz. “Tövrat”ı bu dönəmdə latıncaya tərcümə edən şəxs "Musanın başındakı işıq yerinə", "Musanın başındakı buynuz" deyə qeyd edir. Və bu da həmin dönəmdə bütün tərcümələrdə də bu şəkildə davam etmişdir.

Daha maraqlı bir fakt; Mikelancelo cansız əsəri bitirdikdən sonra, həmin əsərə o qədər maddi bir gücə malik nəsnə kimi yanaşmışdır ki, heykələ "Danış" deyə əmr etmiş və səs çıxmayınca bir-iki addım geri çəkilər və əlindəki çəkici tullayaraq "Qalx, gedək" deyə bağırmışdır.


Tanınmış opalist rəssam Sakit Məmmədov həmin situasiya haqqında belə qeyd edir:

“Mikelancelo haqqında uydurulmuş “Musanın heykəlini danışdırması və ya ona çəkic atması” əfsanəsi realda baş versəydi, yəqin ki, o özünü həmin gün öldürərdi. Çünki sənətkar üçün bu sözdən sonra karyera bitmiş hesab edilir.
Sənətşünaslar Mikelancelo haqqında çox şey yazıblar. Məsələn, onlar heykəltaraşın yaratdığı əsərlərin çox solğun olduğunu deyirdilər. Ancaq əslində belə deyildi. Freskoların olduğu yerdə davamlı olaraq şamlar yanırmış. Şamların buraxdığı his də zamanla əsərlərin üzərinə hopub və rəng dəyişikliyi yaradıb. Freskaları təmizləmədən üzərinə laklar, qoruyucu boyalar çəkilib. Ancaq məşhur bir restavrasiyaçı əsərləri bərpa edərkən həmin boyaları xüsusi maddələrlə təmizləyib və əslində freskoların çox canlı rəngə malik olduğunu görüb. Beləliklə, bu haqda yazılan bütün araşdırmalar, təhlillər puça çıxıb. Bu hekayəni ona görə danışdım ki, sənətşünaslar o qədər də etibarlı adamlar deyil.”

Comments